Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 67,8 milyon manatdan çox vəsait yığılıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il oktyabrın 1-dək 67 milyon 811 min 11 manat, 211 min 791,88 ABŞ dolları və 593,69 avro vəsait yığılıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [18:20]
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib
- 18.06.2026 [10:57]
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib
- 17.06.2026 [09:51]
MN: Pirəkəşküldə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək
- 16.06.2026 [18:47]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 15.06.2026 [17:03]
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 14.06.2026 [16:10]