Azərbaycan səfirliyinin əməkdaşları Gürcüstanda avqust müharibəsi qurbanlarının xatirəsini anıblar
Tbilisi, 8 avqust, AZƏRTAC
Bu gün Gürcüstanda 2008-ci il avqust müharibəsinin 15 -ci ildönümü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov və səfirliyin əməkdaşları Muxatqverdidəki “Qardaşlıq qəbiristanlığı”nda müharibə qurbanlarının xatirəsini anıblar.
Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsi nəticəsində 228 mülki şəxs, 170 hərbçi və 14 polis həyatını itirib, 2232 Gürcüstan vətəndaşı isə yaralanıb. Gürcüstanın 263 min 598 vətəndaşına məcburi köçkün statusu verilib.
Bu müharibədən sonra Abxaziya və Cənubi Osetiyanı müstəqil ölkə elan olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]