“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 3 dəfəyə yaxın artıb
Bakı, 5 mart, AZƏRTAC
2026-cı ilin yanvar ayında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 3,8 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon dollar və ya 2,7 dəfə çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın fevral sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin ixrac gəlirləri 1,4 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:11]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib
- 11.06.2026 [16:55]
Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO
- 11.06.2026 [16:46]