Azərbaycan taekvondoçusu ikiillik yarışlardan diskvalifikasiya olunub
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan taekvondoçusu Ramin Əzizov ikiillik
yarışlardan diskvalifikasiya olunub.
AZƏRTAC Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadla xəbər verir ki, buna səbəb idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması olub.
İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib.
Fevralın 25-dən qüvvəyə minmiş cəza 2022-ci ilin fevralında başa çatacaq.
Qeyd edək ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İdmançı 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. O, 2014-cü ildə Koreya Respublikasındakı dünya çempionatında bürünc medal qazanıb.
AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə birillik cəzalandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]