Azərbaycan Turizm İnstitutunda 20 Yanvar şəhidləri anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Dekabrın 19-da Azərbaycan Turizm İnstitutunda (ATİ) 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
ATİ-nin rektoru, professor Cəfər Cəfərov 20 Yanvar faciəsinin mahiyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc, əliyalın insanlara qarşı dəhşətli cinayətlər törətmişdir. Bu qırğında Vətən oğulları zirehli texnikanın qarşısına sipər çəkərək canlarını qurban vermişlər.
Tarix elmləri namizədləri Bahadur Bilalov, İbrahim Əliyev və başqaları 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutur, onların qəhrəmanlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]