AZƏRBAYCAN ÜÇÜN MƏQBUL OLAN TƏKLİFLƏR DƏSTƏKLƏNƏCƏKDİR
Xarici işlər nazirinin müavini Araz Əzimov AZƏRTAC-ın müxbirinə demişdir ki, rəsmi Bakı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər bir məqbul variantı nəzərdən keçirməyə hazırdır. Bu təklif əvvəllər də irəli sürülmüş və müxtəlif tənqidə məruz qalmışdı. Mən bu təklifi bəyənirəm. Yeddi rayondan beşinin azad olunması və əvəzində dəmir yolu xəttinin açılması məqbul variantdır. Ona görə ki, bu prosesin dayandırılması yox, başlanması olacaqdır. Bütün münaqişələrin həllində baza prinsiplərindən biri tərəflərin qarşılıqlı marağının təmin olunmasıdır. Bizim üçün məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtması əsas şərtdir. Bu yalnız ilkin mərhələ ola bilər. Amma məsələnin real həlli yalnız prezidentlərin görüşlərindən və qərarlarından asılıdır. Münaqişənin həlli ilə bağlı son sözü dövlət başçıları deyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]