Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Almaniya prezidentlərinin Bakı görüşü: İkitərəfli əlaqələrin perspektivləri və əhəmiyyəti - ŞƏRH

Azərbaycan və Almaniya prezidentlərinin Bakı görüşü: İkitərəfli əlaqələrin perspektivləri və əhəmiyyəti -  ŞƏRH

Bakı, 3 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə Bakıda keçirdiyi görüş iki ölkə arasında münasibətlərin gələcəyini və bundan sonra əlaqələrin müxtəlif sahələr üzrə inkişafının mühüm istiqamətlərini müəyyənləşdirib. Bu görüş yalnız iki ölkə arasında mövcud olan əməkdaşlığı möhkəmləndirmək deyil, həm də regional və beynəlxalq məsələlərdə birgə fəaliyyətin genişləndirilməsi baxımından önəm daşıyır. Almaniya ilə strateji əməkdaşlıq Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və rəsmi Berlinin bu prosesdəki rolunun daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda, Cənubi Qafqazda sabitliyin təmin olunmasında və beynəlxalq münasibətlərdə müsbət dinamikanın inkişafında mühüm rol oynayacaq.

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Azərbaycan və Almaniya prezidentlərinin Bakı görüşü: İkitərəfli əlaqələrin perspektivləri və əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Sözügedən görüşün təhlili göstərir ki, iqtisadi əməkdaşlıq və ticarət potensialı, enerji sahəsində yeni istiqamətlər, regional təhlükəsizlik və sabitlik, beynəlxalq əlaqələr və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma ilə bağlı mövcud imkanların reallaşdırılması məqsədilə atılacaq addımlar hər iki ölkə üçün faydalı olacaq.

Görüşdə Azərbaycan və Almaniya prezidentlərinin müzakirə etdikləri əsas mövzulardan biri iqtisadi əməkdaşlığa dair oldu. Hazırda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyi, lakin mövcud imkanlardan daha səmərəli istifadənin mümkünlüyü bildirildi. Prezidentlər ticarət dövriyyəsinin artırılması və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladılar.

Azərbaycan təbii resurslar, xüsusilə enerji və mineral ehtiyatlar sahəsində Almaniyanın texnologiya və təcrübəsindən faydalanmağa üstünlük verir. Bu, iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Almaniyanın yüksək texnologiyalar sahəsindəki nailiyyətləri, xüsusilə sənaye və informasiya texnologiyaları Azərbaycanda yeni infrastruktur layihələrinin reallaşdırılmasında müstəsna rol oynaya bilər. Bu baxımdan gələcəkdə iki ölkə arasında ticarət mübadiləsinin, eləcə də texnologiya, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın daha da genişləndirilməsi gözlənilir.

Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlıq isə xüsusilə diqqəti cəlb edir. Çünki ölkəmizin enerji resursları Avropa üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də bu əməkdaşlığın gələcək perspektivlərindən danışıb, təbii qaz və bərpaolunan enerji sahələrində Almaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi mövzusuna diqqət çəkib.

Qeyd olunduğu kimi, Almaniya təbii qaz və bərpaolunan enerji sahələrində qabaqcıl texnologiyalara malikdir. Bu texnologiyaların ölkəmizdə tətbiqi həm enerji sektorunun şaxələndirilməsinə kömək edə, həm də Avropanın enerji təhlükəsizliyinə daha çox töhfə verə bilər. Almaniya Prezidenti Ştaynmayerin qeyd etdiyi kimi, ölkəsi bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın Avropaya təbii qaz ixracını artırması və bərpaolunan enerji sahələrində əməkdaşlığın gücləndirilməsi isə iki ölkə üçün strateji əhəmiyyətə malikdir.

Görüşün mühüm mövzularından biri də regional təhlükəsizlik məsələləri olub. Məlumdur ki, Cənubi Qafqazdakı gərginlik və Ermənistanla münasibətlər Azərbaycan üçün vacib prioritetlərdəndir. Prezident İlham Əliyev Azərbaycanın regional təhlükəsizliyin və sülhün bərqərar olması istiqamətində atdığı addımları, xüsusilə Ermənistanla münasibətlərin normallaşmasını qeyd edib. Almaniya Prezidenti də Cənubi Qafqazda sülhün təmin edilməsi və bölgədə gərginliyin azaldılması istiqamətində Azərbaycanın həyata keçirdiyi işləri dəstəklədiyini bildirib. O, həmçinin ölkəsinin bu istiqamətdə Azərbaycanın səylərinə dəstək verməkdə davam edəcəyini vurğulayıb. Təbii ki, bu əməkdaşlıq iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə və regional sabitliyin qorunmasına yardım edəcək.

Görüşdə Aİ ilə Azərbaycan arasındakı əlaqələr də xüsusi müzakirə mövzusu olub. Ölkəmizin Avropa ilə əlaqələrinin inkişafı prosesində Almaniyanın rolu yüksək qiymətləndirilib. Bu ölkənin Aİ ilə Azərbaycan arasındakı əməkdaşlığın genişləndirilməsində və qarşılıqlı maraqların təmin edilməsində mühüm vasitəçi olduğu diqqətə çatdırılıb. Almaniyanın Aİ-də lider mövqeyə sahib olması Azərbaycan üçün Avropa bazarlarına çıxışın genişləndirilməsi, həmçinin bu qurumla siyasi və iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Göründüyü kimi, Azərbaycan və Almaniya prezidentlərinin görüşünün nəticələri ölkəmizin Avropa ilə əlaqələrini daha da dərinləşdirəcək, rəsmi Berlinin enerji təhlükəsizliyi məsələsində rolunu artıracaq. Eyni zamanda, ticarət və investisiyalar sahəsində əməkdaşlıq genişlənəcək. Azərbaycan-Almaniya münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha da inkişaf edəcək və bu, iki ölkənin strateji maraqlarına xidmət göstərəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub