Azərbaycan və Qazaxıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 14 iyun, AZƏRTAC
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdə olub.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı keçirilən görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.