Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN VƏ QAZAXISTAN PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI

AZƏRBAYCAN VƏ QAZAXISTAN PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN BƏYANATLARI

Bakı, 2 oktyabr (AZƏRTAC). Oktyabrın 2-də sənədlərin imzalanması mərasimindən sonra prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Qazaxıstan dövlətinin başçısını Azərbaycan dilində salamlayaraq dedi:

- Hörmətli Nursultan Abişeviç!

Hörmətli qonaqlar!

Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram. Sizi yenidən görməyimə çox şadam və sevinirəm ki, bu gün aparılmış danışıqlar çox yaxşı nəticələr verir. Biz gündəliyi çox diqqətlə nəzərdən keçirdik. Bizim münasibətlərimizin əhatə dairəsi çox genişdir. O, inkişaf edir, çox sahələri əhatə edir və bizim bütün istiqamətlər üzrə fəxr etməyə haqqımız vardır. Siyasi münasibətlər çox yüksək səviyyədədir. İqtisadi böhrana və əmtəə dövriyyəsinin səviyyəsinin müəyyən qədər azalmasına baxmayaraq, əvvəlki illərin təcrübəsi göstərir ki, iqtisadi əlaqələr dinamik inkişaf etmişdir və mən əminəm ki, bu müvəqqəti azalma yaxın vaxtlarda aradan qaldırılacaqdır. Xüsusən ona görə ki, bizim nəzərdə tutduğumuz və bu gün imzalanmış sənədlərdə öz əksini tapmış layihələr, ilk növbədə energetika sahəsində layihələr nəzərə alınmaqla əminəm ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin səviyyəsi yaxın vaxtlarda əhəmiyyətli dərəcədə artacaqdır.

Energetika sahəsində biz müttəfiqlərik, Xəzərdə qonşuyuq və bu sahədə münasibətlərin inkişaf etdirilməsi üçün gözəl potensial imkanlar vardır. Mən əminəm ki, bu gün imzalanmış sənədlər böyük yolun yalnız başlanğıcıdır. Hərçənd, deməliyəm ki, elə bu gün də yaxşı nəticələrimiz vardır. Qazaxıstan nefti bizim ölkəmizin ərazisindən müxtəlif yollarla - həm dəmir yolu, həm də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Gələcəkdə yeni boru kəmərlərinin, Azərbaycanın digər nəqliyyat imkanlarının işə salınması ölkələrimiz arasında daha artıq inteqrasiyaya gətirib çıxaracaqdır.

Nəqliyyat sahəsində yaxşı perspektivlər vardır. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatandan sonra bizim Qazaxıstandakı dostlarımız da bu dəmir yolundan istifadə etmək imkanına malik olacaqlar. Bu yol, sözün geniş mənasında, Avropanı Asiya ilə birləşdirəcəkdir.

Bu gün biz kənd təsərrüfatında münasibətlərin inkişaf etdirilməsinin konkret yollarını müəyyən etdik. Bu sahədə əmtəə dövriyyəsinin artırılması da böyük əhəmiyyətə və böyük potensiala malikdir.

Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu günü çox səmərəli keçirəcək və münasibətlərimizin inkişaf etdirilməsinin gələcək yollarını müəyyən edəcəklər.

Nursultan Abişeviç, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi, habelə Xəzərdə, Qafqaz regionunda səmərəli əməkdaşlıq üçün əlverişli mühit yaradılması, təhlükəsizlik tədbirlərinin və qarşılıqlı etimadın möhkəmlənməsi sahəsində səylərinizə görə Sizə çox minnətdaram. Bizim dəvətimizi qəbul etdiyinizə və bu gün səfərə gəldiyinizə görə, bir daha təşəkkürümü bildirmək, Sizə və Sizin bütün nümayəndə heyətinə uğurlar diləmək istərdim.

Biz bu gün və sabah Naxçıvanda hələ işləməliyik. Bu iş bizim ikitərəfli münasibətlərə yaxşı təsir göstərəcəkdir.

X X X

Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV Azərbaycan dövlətinin başçısını qazax dilində salamlayaraq dedi:

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar!

Azərbaycana, Bakıya səfərə dəvət olunduğumuza görə Sizə ürəkdən minnətdarıq. Biz bunu böyük sevinclə edirik. Qazaxıstanın bir sıra nazirlərindən, müvafiq şirkətlərin rəhbərlərindən ibarət sanballı nümayəndə heyəti səmərəli danışıqlar aparmışdır. Hökumətlərarası komissiyanın birgə iclası keçirilmiş, gündəlikdə nəzərdə tutulan bütün məsələlər üzrə uğurlar əldə edilmiş, sənədlər imzalanmışdır.

Nəticədə biz energetika sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlmişik. Azərbaycanın neft-qaz infrastrukturundan istifadə edilməsinə, ölkələrimiz arasında nəqliyyat kommunikasiyalarına, neftin emal edilməsi üzrə birgə iş və kadrların hazırlanması sahəsində təcrübə mübadiləsinə, araşdırmalara, gələcək hasilata və nəqletməyə dair sənədlər imzalanmışdır. Bunlar bizim əməkdaşlığımızın, necə deyərlər, əsas hissəsidir.

Bundan əlavə, biz kənd təsərrüfatında - həm baytarlıq sahəsində, həm də qarşılıqlı malgöndərmələr üzrə əməkdaşlıq haqqında razılıq əldə etmişik. Qazaxıstan ərzaq taxılı satmaqda maraqlıdır. Biz ölkəmizin Xəzəryanı regionlarının faraş tərəvəz və meyvə ilə təchiz olunmasında maraqlıyıq. Biz hərbi-siyasi əməkdaşlıqda, dənizçi kadrların Azərbaycan məktəblərində təhsil almasında və əlbəttə, mədəni-humanitar əlaqələrdə maraqlıyıq. Hər halda Qazaxıstan vətəndaşları olan 100 mindən çox azərbaycanlı bizim ölkədə yaşayır, işləyir, öz həyatlarından razıdırlar. Bu, ölkələrimiz arasında əməkdaşlıq üçün bir körpüdür.

Dünya siyasəti məsələlərində Qazaxıstan və Azərbaycan həmişə vahid mövqedən çıxış edir. Biz Birləşmiş Millətlər Təşkilatının mövqeyinin möhkəmlənməsinə, beynəlxalq qanunvericiliyə riayət edilməsinə tərəfdarıq. Biz terrorizmin, ekstremizmin hər hansı təzahürlərinə qarşı mübarizədə əməkdaşlıq edirik. Biz həmişə mövcud sərhədlərin toxunulmazlığından, dövlətlərin suverenliyindən danışırıq. Bu zəmində deyə bilərik ki, biz həqiqətən, təkcə tərəfdaşlar deyil, həm də bütün istiqamətlər üzrə müttəfiqlərik.

Mən əminəm ki, bizim münasibətlərin çox böyük perspektivləri vardır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi böhranla əlaqədar bir qədər azalsa da, 670 milyon dollara çatmışdır. Bu, necə deyərlər, son hədd deyil. Bizim bu vəziyyəti düzəltməyə imkanımız vardır. Əminəm ki, bu səfər, razılaşmalarımız əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.

İlham Heydər oğlu, bu əməkdaşlığı daha da möhkəmlətmək üçün mən Sizi, özünüz üçün münasib olan istənilən vaxtda ölkəmizə rəsmi səfərə dəvət etmişəm. Görüşlərin yüksək səviyyəsi və dinamikası ölkələrimiz arasında həqiqətən qardaşlıq münasibətlərinin mövcud olmasına zəmanət verir.

Sizə təşəkkür edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh – 2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub