Azərbaycan və Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyətlərinin görüşü keçirilib
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini, vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər, həmçinin “Dəniz kuboku-2018” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar.