Azərbaycan və Türkiyənin İKT sahəsində fəaliyyət göstərən şirkətləri arasında görüş keçiriləcək
Bakı, 11 iyul, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İKT sahəsində fəaliyyət göstərən şirkətlərə müraciət edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında iyulun 13-də “B2B” görüş təşkil ediləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]