Azərbaycan Yazıçılar Birliyində şəhidlərimizin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə 21 il əvvəl yaşanmış faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ədəbi ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri mərasimdə AYB-in birinci katibi Fikrət Qoca o günləri xatırlayaraq ədəbiyyatımızda şəhid mövzusunda yaranan nəsr və poeziya nümunələri haqqında məlumat vermişdir.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Abbas Abdulla və başqaları bundan sonra da yaranacaq ədəbiyyat nümunələrində tariximizin bu şanlı səhifəsinin qürurla xatırlanacağını bildirmiş, şair Zərəngiz Dəmirçi Qayalı isə “20 Yanvar” poemasından bir parça təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]