AZƏRBAYCANDA 50 MİNƏ YAXIN KİÇİK MÜƏSSİSƏ VƏ OBYEKT ÖZƏLLƏŞDİRİLMİŞDİR
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov AZƏRTAC-a bildirmişdir ki, özəlləşdirmə prosesi başlayandan indiyədək 1600-ə yaxın iri və orta dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilərək səhmləri satılmış, 50 minə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilmişdir.
Ticarət, iaşə, xidmət, tikinti, yüngül və yeyinti sənayesi sahələrində özəlləşdirmə demək olar ki, başa çatdırılmışdır.
Prosesdə iştirak etmiş ABŞ, Fransa, İsveç, Böyük Britaniya, Türkiyə və s. ölkələrin şirkətləri özəlləşdirilən müəssisələrə 400 milyon dollardan artıq sərmayə qoymuşdur.