Azərbaycanda İİV-ə yoluxan miqrantlar dərman preparatları ilə təmin olunurlar
Bakı, 1 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Ölkəmizdə yaşayan İİV-ə yoluxan miqrantlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət edə bilirlər. Həmin təcrübə bir çox ölkələrdə yoxdur. Biz vətəndaşlarımızı profilaktika etmək məqsədilə miqrantların da 2-3 aylıq dövrdə dərman preparatları ilə təminatını aparırıq.
Bunu AZƏRTAC-a açıqlamasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
F.Məmmədov bildirib ki, eyni zamanda, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə görə, İİV-ə yoluxmuş şəxs ölkəmizdə miqrantdırsa, yaşamaq hüququ üçün müxtəlif prosedurlardan keçməlidir. Miqrasiya Məcəlləsi ilə miqrantın ölkədə yaşamaq icazəsi varsa, Mərkəz həmin şəxsin dərman preparatları ilə təminatını aparır. Həmçinin İİV-ə yoluxmuş vətəndaşlarımız xarici ölkəyə miqrasiya ilə bağlı sənədləri mərkəzə təqdim etdikləri halda onlar da uzunmüddətli dərmanla təmin olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]