Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var

"ADA" Universitetində Beynəlxalq Yer Günü ilə əlaqədar "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda konfransı keçirilib

Bakı, 22 aprel, Nihad Budaqov, AZƏRTAC

Aprelin 22-də "ADA" Universitetində Beynəlxalq Yer Günü ilə əlaqədar Amerika Məzunlarının Avropa Şəbəkəsinin (ENAM) "Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq" mövzusunda 7-ci illik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, "ADA" Universitetinin rektoru, səfir Hafiz Paşayev alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində Azərbaycandakı perspektivlərdən və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Hafiz Paşayev bildirib ki, "ADA" Universitetində də alternativ və bərpa olunan enerji mənbələri sahəsi daim diqqətdə saxlanılır, müxtəlif layihələr reallaşdırılır və tələbələrə bu enerji növünün üstünlükləri barədə zəruri məlumatlar çatdırılır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov ABOEM sahəsində Azərbaycanda həyata keçirilən dövlət proqramlarından və reallaşdırılan layihələrdən, onların əhəmiyyətindən, gələcək perspektivlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycanda ənənəvi enerji mənbələri ilə yanaşı, sərfəli və ətraf mühitə xələl gətirməyən alternativ enerji mənbələri də daim diqqətdə saxlanılır.

Bu sahənin inkişafında maarifləndirmə işlərinin önəmini qeyd edən A.Bədəlov bir neçə amilə xüsusi diqqət yetirilməli olduğunu deyib: “Birinci amil enerji mənbələrinin özlərinin mövcudluğudur. Bundan başqa, siyasi-iqtisadi vəziyyət ona imkan verməlidir ki, həmin sahə inkişaf etsin. Ən mühüm amil isə siyasi iradənin olmasıdır”.

Dünyada enerjiyə tələbatın günbəgün artdığını vurğulayan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, bu gün populyar enerji növü məhz alternativ və bərpa olunan enerjidir. Hazırda dünyada 350 milyard dollar dəyərində ABOEM layihələri icra edilir. Qlobal enerjidə külək və su enerjisi 30 faiz yer tutur. Günəş enerjisindən istifadə isə təxminən 20 faizədək artıb. Səfir bildirib ki, Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti İlqar Vəliyev, “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "PAŞA Bank"ın idarə heyətinin sədri Taleh Kazımov və Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyasının baş katibi Massimo Kuqisi bərpa olunan enerji sahəsində uğurlu strategiyalar həyata keçirən, tədqiqat və inkişaf sahəsində müvəffəqiyyətlər qazanmış ölkələrin təcrübəsindən faydalanmağın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda dayanıqlı, ekoloji cəhətdən təmiz iqtisadiyyata keçid, ətraf mühitin təmizlənməsi üzrə qanunvericilik və onun tələblərinə əməl edilməsi, ekoloji cəhətdən təmiz metodlarla əldə olunan enerjinin təşviqi məsələlərinə toxunulub.

Konfrans işini müxtəlif sessiyalarla davam etdirib. Bərpa olunan Enerji üzrə Amerika Şurasının vitse-prezidenti Tom Veyriçin “ABŞ-da bərpa olunan enerjinin perspektivləri: Bazarların, siyasətlərin, maliyyə və innovasiyanın qarşılıqlı əlaqəsi” adlı məruzəsi dinlənilib. T.Veyriç bütün ölkələrin milli bərpa olunan enerji siyasətinin hazırlanmasına, müvafiq qanunvericilik çərçivəsinin müəyyən edilməsinə, eləcə də bu sahədə elmi və texniki bacarıqların artırılması istiqamətində sərmayə qoyulmasına ehtiyac olduğunu qeyd edib.

“ADA” Universitetinin, “AmCham”ın, ABOEMDA-nın, Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyasının və ABŞ Təhsilli Azərbaycan Məzunlarının (AAA) birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın enerji sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, Avropanın 15 ölkəsindən və ABŞ-dan Amerika təhsil proqramlarının 20 məzunu iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VİDEO

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib VİDEO

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən