İQTİSADİYYAT
Azərbaycanda ötən il ərzində 34,6 milyon ton xam neft hasil edilib
Bakı, 21 yanvar, AZƏRTAC
Ötən il SOCAR 62 min metrə yaxın qazma işləri həyata keçirib ki, bu da 2020-ci ilin nəticələri ilə müqayisədə 10,3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu göstəricilər SOCAR-ın ötən il üzrə açıqladığı hesabatda əksini tapıb.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr qaz hasil olunub. Neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz, qaz hasilatı isə 7 faiz çoxdur. Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam etdirilib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. 2020-ci illə müqayisədə qaz hasilatı 18,1 faiz artaraq, 43,9 milyard kubmetrə çatıb. İl ərzində Azərbaycanda 34,6 milyon ton xam neft hasil edilib. Neft hasilatında cüzi artım əsasən “OPEC+” razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]