Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunması Heydər Əliyevin adı ilə bağlıdır

Dövlətqaçqınkomda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib

Bakı, 4 may, Əsəd Məmmədov, AZƏRTAC

Mayın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasında Heydər Əliyev amili” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Dövlət Komitəsinin binasındakı büstü önünə gül dəstələri qoydular.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, həyatımızın bütün sahələrində Heydər Əliyevin gördüyü işlərdən danışmaq olar. Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir. O, bütün təcrübəsini, siyasi biliklərini, dünyagörüşünü ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşması istiqamətində səfərbər edib.

“İllər keçəcək Ulu Öndərin təcrübəsindən istifadə olunacaq. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlətimizin başçısı Ulu Öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi. Lakin bundan SSRİ rəhbərliyi istifadə edirdi. Buna baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edirdi. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olmaq mümkün idi. Bu gün də o təcrübədən istifadə olunur. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir”, - deyə Baş nazirin müavini vurğulayıb.

Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Əli Həsənov bildirib ki, vətəndaş həmrəyliyi olmadan cəmiyyətdə sabitliyi bərpa etmək mümkün deyil, həmçinin ictimai-siyasi sabitlik olmadan vətəndaş həmrəyliyini təmin etmək qeyri-mümkündür. Gəncə hadisələri zamanı ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından ölkədə sabitliyi təmin etmək mümkün deyildi. Ovaxtkı hakimiyyət belə ağır vəziyyətdə ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Çünki qeyri-qanuni silahlı birləşmələr ölkədə idarəetməni dağıtmışdılar. Ölkədə idarəolunmaz xaotik vəziyyət yaranmışdı. O vaxt rəhbərlikdən heç kəs cürət edib Gəncəyə gedə bilmədi. Ancaq Heydər Əliyev ölkədə sabitliyi, həmrəyliyi bərpa etmək məqsədilə Gəncəyə getdi. Sabitliyi təmin etmək üçün ölkədə olan bütün qanunsuz siyasi birləşmələr ləğv edildi. Ümummilli Lider öz cəsarəti, siyasi və idarəçilik təcrübəsi sayəsində bütün dövlət çevrilişləri cəhdlərinin qarşısını aldı. Dövlət çevrilişinə cəhd olunan zaman Ulu Öndər xalqa müraciət etdi. Onun bir çağırışı ilə Azərbaycan xalqı meydana çıxdı və dövlət çevrilişinin qarşısı alındı. Biz o zaman xalq-Prezident həmrəyliyinin şahidi olduq. Sabitliyin bərpası və xalq-ordu-hakimiyyət həmrəyliyi Horadiz əməliyyatlarında uğurlar qazanmağımızı təmin etdi. “Əsrin müqaviləsi”nin imzalanması dövründə də hələ ölkədə sabitlik tam təmin olunmamışdı. Xarici ölkələrin, neft şirkətlərinin rəhbərləri bilirdilər ki, Azərbaycanda sabitlik təmin olunmayıb. Sual olunur, onlar nə üçün bu kontraktı imzalamağa razı oldular? Yalnız və yalnız Heydər Əliyev amilinə görə. Çünki onlar Heydər Əliyevi tanıyırdılar. Məhz “Əsrin müqaviləsi”nin imzalanması da Heydər Əliyevə inamın nəticəsində mümkün oldu.

Əli Həsənov ölkəmizdə həmrəyliyin bərpası istiqamətində görülən işlərdən bəhs edərək deyib: “Ulu Öndərin hakimiyyəti dövründə “Sərbəst toplaşma azadlığı haqqında” Qanun qəbul olundu, senzura ləğv edildi. Bütün bu işlər vətəndaş həmrəyliyinin təmininə xidmət edirdi”.

Qeyd edilib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində də ölkəmizdə sabitliyin, həmrəyliyin qorunub saxlanılması istiqamətində önəmli addımlar atıldı. Mühüm qanunlar, qərarlar qəbul edildi. Bu gün ölkəmizdə beş mindən çox KİV qeydiyyata alınıb. Qırx gündəlik ümumrespublika qəzeti dərc olunur, 9 televiziya kanalı, 14 regional kanal, 14 radio fəaliyyət göstərir. Bu gün ölkəmizdə qeydiyyatdan keçən 2700 qeyri-hökumət təşkilatı var.

Bu gün Azərbaycanda ölkə daxili ilə yanaşı, beynəlxalq aləmdə də həmrəyliyin bərpası istiqamətində mühüm addımların atıldığını vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda keçirilən beynəlxalq forumlar, idman yarışları və digər tədbirlər dünya ölkələrinin xalqları arasında həmrəyliyin bərqərar olmasına xidmət edir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva dünya xalqları arasında həmrəyliyin təmin olunması istiqamətində çalışırlar. Azərbaycanda sabitlik tam təmin olunub, ölkəmizdə xalq ilə Prezident arasında birlik mövcuddur. Biz aprel döyüşləri zamanı bir daha bunun şahidi olduq. Döyüşlərdə Azərbaycan Ordusunun hünəri, xalqımızın hərbiçilərimizə göstərdiyi dəstək, dövlətimizin başçısının ətrafında sıx birləşməsi həmrəyliyin, birliyin göstəricisidir.

Sonra “Böyük Qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçı Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələsini əhatə edir. Ulu Öndərin qətiyyəti, güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. Ümummilli lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşıb. Bu gün bu diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir.

Tədbir zamanı Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadova ordeni təqdim edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər