“Azərbaycanda xeyriyyəçilik ənənələri” layihəsi tələbələr tərəfindən maraqla qarşılanıb
Bakı, 2 mart, AZƏRTAC
Mənəvi Dəyərlərin Təbliği Fondunun və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” layihəsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, universitet tələbələri arasında xeyriyyəçilik ənənələrinin təbliği məqsədi daşıyan layihə çərçivəsində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı sosial eksperiment təşkil olunub. Layihə universitet tələbələri tərəfindən maraqla qarşılanıb.