Azərbaycanda yeni qızıl və platin yataqları aşkar edilmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət göstərdiyi təkcə son 10 ildə Azərbaycanda 150-yə yaxın yeni faydalı qazıntı yatağı tapılıb, istismara verilmiş və ya dövlət ehtiyatına götürülmüşdür.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 25-də Azərbaycan Geologiya Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə açıqlamasında bildirmişdir.
Nazir yataqların böyük hissəsinin gündəlik ehtiyac duyulan inşaat materiallarına aid olduğunu vurğulamışdır.
H.Bağırov son vaxtlar ölkənin müxtəlif rayonlarında qiymətli metal yataqlarının aşkar olunduğunu qeyd etmişdir. Onun sözlərinə görə, Azərbaycan geoloqlarının apardıqları kəşfiyyat işləri nəticəsində Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların mövcudluğu ilə bağlı ciddi söhbət gedə bilər. Azərbaycanda hələ SSRİ dövründən bir neçə yerdə tapılmış qızıl və qiymətli metal yataqları 1998-ci ildə imzalanmış müqaviləyə əsasən, “R.V. İnvestment Group” şirkətinin iştirakı ilə yaradılmış konsorsium tərəfindən istismar edilir. Bu işlərin nəticəsidir ki, Azərbaycan hazırda qızıl hasilatçısıdır. Eyni zamanda, geoloqlarımızın 6-7 il bundan əvvəl kəşf etdikləri “Çovdar” yatağında böyük qızıl ehtiyatları aşkar edilmiş və dövlət ehtiyatına qəbul olunmuşdur. Burada qızıl hasilatına başlamaq üçün hazırlıq işləri aparılır. Bu, ölkəyə yaxşı gəlir gətirəcəkdir. Bununla yanaşı, geoloqların apardıqları kəşfiyyat işləri nəticəsində Göygöl rayonunda daha zəngin qızıl ehtiyatları aşkarlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.07.2025 [14:09]
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
- 14.07.2025 [13:05]
Sabah havanın temperaturu Bakıda 34-38, bölgələrdə 36-40 dərəcə isti olacaq
- 14.07.2025 [13:00]
“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilir
® “Həkimlərimizi tanıyın!”
- [10:42]
Azərbaycan nefti ucuzlaşıb
- [09:21]
Samuxda zəlzələ qeydə alınıb
- [09:15]