AZƏRBAYCANDA ZEYTUNÇULUQ KƏND TƏSƏRRÜFATININ ƏN GƏLİRLİ SAHƏLƏRİNDƏN BİRİNƏ ÇEVRİLƏ BİLƏR
Bakı, 9 sentyabr (AZƏRTAC). Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası oktyabrın 7-də Bakıda “Zeytun ağacı və zeytun yağı: Qara dəniz regionunda tərəqqi və mədəniyyət rəmzləri” mövzusunda beynəlxalq konfrans keçirəcəkdir. Tədbirdə Azərbaycan, Türkiyə, Albaniya və Yunanıstanı təmsil edən zeytun yağı istehsalı və marketinqi üzrə beynəlxalq və yerli ekspertlər, habelə mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirmişlər ki, konfrans, həmçinin zeytun yağı istehsalı ilə məşğul olan sahibkarlar arasında beynəlxalq əlaqələr qurmağa və sıx əməkdaşlıq yaratmağa imkan verəcəkdir.
Azərbaycan zeytunçuluğun inkişafı, zeytun yağı istehsalı sahəsində böyük potensiala malikdir. Xarici ölkələrin mütəxəssisləri də bunu dönə-dönə təsdiqləmişlər. Mövcud imkanları reallaşdırmaq üçün bu sahədə mühüm nailiyyətləri olan ölkələrin təcrübəsini öyrənmək və tətbiq etmək zəruri məsələdir. Elə bu məqsədlə də Bakıda belə bir konfransın keçirilməsi əhəmiyyətlidir. Ölkəmiz gələcəkdə zeytun yağı ixracatçısı olan məmləkətə çevrilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]