AZƏRBAYCANIN AVROPA ŞURASINA QƏBUL OLUNMASININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA”
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova nüfuzlu beynəlxalq təşkilatlardan olan Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi nəticəsində yaranmış Ombudsman təsisatının bir illik fəaliyyəti dövründə Azərbaycanın Avropa məkanına inteqrasiyasının dərinləşməsindən, Avropa standartlarının daxili qanunvericilik sistemində təsbitindən, götürülmüş digər öhdəliklərin yerinə yetirilməsi prosesinin sürətləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən danışmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Tahir Budaqov, Konstitusiya Məhkəməsinin hakimi Bəhman Qəribov, Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Möminat Ömərova, Milli Məclisin deputatı Mais Səfərli ölkəmizdə vətəndaşların siyasi və sosial hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərdən söz açmış, bu hüquqların qorunmasının əhəmiyyətini vurğulamışlar. Ölkəmizdə qadın hüquqlarına dair qanun layihəsinin hazırlanmasının zəruriliyi də bildirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]