Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanın bədii gimnastları Bakıda keçirilən "AGF Trophy"də növbəti medallarını qazanıblar.
AZƏRTAC xəbər verir ki, Azadə Atakişiyeva halqa proqramında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şəms Ağahüseynova isə lentlərlə hərəkətlərin icrasında bürünc mükafata layiq görülüb.
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.