AZƏRBAYCANIN DÜNYA BANKI TƏRƏFİNDƏN İQTİSADİYYAT SAHƏSİNDƏ BİR NÖMRƏLİ İSLAHATÇI ELAN EDİLMƏSİ SEVİNDİRİCİ FAKTDIR
Azərbaycanın Dünya Bankı tərəfindən iqtisadiyyat sahəsində bir nömrəli islahatçı elan edilməsi sevindirici faktdır. AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders 4-cü Azərbaycan Mikromaliyyə konfransında demişdir.
Səfir bildirmişdir ki, bu fakt beynəlxalq biznes aləminin diqqətini Azərbaycana cəlb edir, xarici və yerli sərmayələrə təkan verir, yeni iş yerlərinin açılmasını və qeyri-neft sektorunun inkişafını sürətləndirir.