Azərbaycanın Gürcüstandakı səfirliyi və AZEBİ 300-dən çox aztəminatlı ailəyə yardım edib
Tbilisi, 27 mart, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə bu ölkədə yaşayan aztəminatlı ailələrə Ramazan sovqatı verilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin müşaviri Samir Əbdürəhimov, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov və digər rəsmi şəxslər martın 27-də yardımı Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Faiq Nəbiyev və müfti Etibar Eminova təhvil veriblər.
Bildirilib ki, əvvəlki illərdən fərli olaraq bu il Ramazan bayramı ilə əlaqədar yardımlar GMİ-nin xətti ilə lazımi ünvanlara çatdırılacaq.
Ümumilikdə 300-dən çox ailəyə müxtəlif ərzaq bağlamaları veriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]