Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu - ŞƏRH

Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu -  ŞƏRH

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycanın beynəlxalq siyasətində Birləşmiş Ştatlarla əlaqələr xüsusi əhəmiyyət daşıyır. Müstəqilliyin ilk illərindən etibarən ABŞ ilə diplomatik münasibətlərin qurulması və bu əlaqələrin dinamik şəkildə inkişaf etdirilməsi ölkəmiz üçün strateji xarakter daşıyıb. İkitərəfli əməkdaşlıq təkcə siyasi sahədə deyil, eyni zamanda iqtisadi, enerji təhlükəsizliyi, humanitar və təhlükəsizlik sahələrində də özünü göstərərək qarşılıqlı maraqlara əsaslanan münasibətlərin formalaşmasına zəmin yaradıb. Ölkəmizin başçısının Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi işgüzar səfər tarixiliyi ilə yadda qalacaq. İki ölkə arasında illər ərzində formalaşmış yüksək qarşılıqlı hörmət və ehtiram münasibətləri Bayden–Blinken administrasiyası dövründə müəyyən gərginliklərlə korlansa da, Prezident İlham Əliyevin Vaşinqtona dəvət olunması ilə Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə qədəm qoydu. Bu dəvət ikitərəfli münasibətlərin strateji əhəmiyyətini və tərəflərin qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirmək iradəsini bir daha göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın regionda dəyişən statusunu və artan siyasi çəkisini bir daha nümayiş etdirdi. Bu mərhələdə Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq müstəvidə çıxış edir. Vaşinqton üçün Azərbaycanla əməkdaşlıq təkcə enerji və iqtisadi maraqlarla məhdudlaşmır, həm də regional təhlükəsizlik, sülh və sabitliyin qorunması baxımından strateji əhəmiyyət daşıyan tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Bu baxımdan regionda davamlı sülhün bərqərar olunması, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində ABŞ-ın təşkilatçılığı və vasitəçilik səyləri alqışa layiqdir. Birləşmiş Ştatların bu prosesdə fəal rolu tərəflər arasında etimadın qurulmasına və davamlı əməkdaşlığın təmin edilməsinə mühüm töhfə verir. Prezident Donald Trampın “Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm” şəklində səsləndirdiyi bəyanat isə bu təşəbbüsə verilən yüksək əhəmiyyətin göstəricisi idi”, - deyə E.Bağırov vurğulayıb.

O qeyd edib ki, dövlətimizin başçısının Ağ Evdə ABŞ Prezidenti Donald Tramp tərəfindən səmimiyyətlə qarşılanması və keçirilən əhəmiyyətli görüş ölkəmizin qlobal siyasi arenada artan rolunun və nüfuzunun aydın göstəricisi kimi tarixə həkk olundu: “Vaşinqtonda liderlərin üçtərəfli formatda keçirilən görüşü tarixi hadisə kimi yadda qaldı. Bu görüşdə Azərbaycanın milli maraqları diplomatik masada tam şəkildə təmin olundu. Azərbaycan bir daha sülhə sadiqliyini və bu istiqamətdə səmimi iradəsini nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticəsi olaraq qəbul edilmiş Birgə Bəyannamə Qarabağ Zəfərinin məntiqi davamı kimi Azərbaycanın diplomatik uğurları siyahısına yazıldı”.

Siyasi şərhçi bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllini uzun illər öz üzərinə götürməsinə baxmayaraq, ATƏT-in Minsk qrupu və ona bağlı strukturlar bu istiqamətdə real nəticələr qazana bilməmiş, əksinə işğal vəziyyətini möhkəmləndirməyə xidmət edən vasitəyə çevrilmişdi. Bu səbəbdən həmin formatın və əlaqəli strukturların bağlanması üçün müraciət edilməsi mühüm siyasi hadisə oldu. Eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunması, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlı bağlantı layihəsi üzrə çərçivənin müəyyən edilməsi regionda davamlı sülh və əməkdaşlığın qurulmasına töhfələr verəcək. Birgə Bəyannamədə, həmçinin Zirvə görüşünün regionda qarşılıqlı hörmət və davamlı sülhün təşviqi baxımından möhkəm təməl yaradacağına əminlik ifadə olundu ki, bu da müsbət inkişafların başlanğıcı kimi qiymətləndirilməlidir.

“Səfər çərçivəsində ABŞ və Azərbaycan liderlərinin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu iki ölkənin strateji əlaqələrinin daha da dərinləşməsi, uzunmüddətli əməkdaşlığın inkişafı üçün mühüm siyasi və institusional baza rolunu oynayır. Bir sözlə, Prezident İlham Əliyevin Birləşmiş Ştatlara səfəri tarixi hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandan kimi döyüş meydanında ölkəsinə parlaq Zəfər qazandıran Prezident İlham Əliyev bu dəfə diplomatiya cəbhəsində də uğur əldə edərək, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini bir daha möhkəmləndirdi. Onun ABŞ-da keçirdiyi görüşlər, apardığı danışıqlar və sərgilədiyi qətiyyətli mövqe Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və güclənən nüfuzunun parlaq təzahürü oldu. Beləliklə, Prezident İlham Əliyev müasir Azərbaycanın tarixində daha bir qalibiyyət səhifəsi yazdı. Bu dəfə Vaşinqtonda, qlobal diplomatiyanın mərkəzində, dünyanın birinci ölkəsində!”, - deyə Emin Bağırov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir