Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Moskvadakı səfirliyində Rusiyanın regional diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir

Bakı, 30 iyul (AZƏRTAC). Azərbaycanın Moskvadakı səfirliyində Rusiyanın regional diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir. Tədbirin məqsədi dünya azərbaycanlılarının üçüncü qurultayının yekunlarını müzakirə etmək, yaxın dövr üçün fəaliyyət strategiyasını müəyyən etmək, Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışında səslənmiş “səfirliklər və diaspor təşkilatları arasında əməkdaşlıq daha güclü və məqsədyönlü olmalıdır” fikri ilə əlaqədar, diasporun məqsəd və vəzifələrinin reallaşdırılması yollarını axtarmaq idi.

Tədbirin rəsmi hissəsi başlanana qədər görüş iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefi önünə tər çiçəklər qoymuşlar.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Rusiyanın 40-dan çox regionundan Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişdir.

Görüş iştirakçıları Dünya Azərbaycanlılarının Üçüncü Qurultayında Prezident İlham Əliyevin çıxışının videoyazısına baxandan sonra səfir Polad Bülbüloğlu çıxış etmişdir. O, Azərbaycanın mühüm strateji tərəfdaşı olan Rusiyada diasporun mövqelərinin möhkəmlənməsinin vacibliyi, ən mühüm ümummilli məsələlər ilə əlaqədar olaraq diasporun işini dövlət orqanları ilə sıx əlaqələndirməyin zəruri olması barədə söhbət açmışdır. Səfir xüsusi vurğulamışdır ki, Azərbaycan diasporu yaşadığı ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməli, o cümlədən Rusiyada qarşıdan gələn parlament və prezident seçkilərində öz tutarlı sözünü deməlidir. Səfir demişdir: “Diaspor ciddi qüvvə, böyük elektorat deməkdir. Bu mənada onun fəaliyyətini əlaqələndirmək, yəni səfirliklə məsləhətləşmək, bu və ya digər siyasi addımları dövlətin ümumi siyasəti ilə uzlaşdırmaq zəruridir”.

Tədbir iştirakçıları iyulun əvvəlində Bakıda keçirilmiş qurultayın yekunlarını yüksək qiymətləndirmiş, bildirmişlər ki, Prezident İlham Əliyevin çıxışında səslənmiş tezislər yaxın perspektivdə diaspor təşkilatlarının fəaliyyətinin məqsədyönlü şəkildə təkmilləşdirilməsi baxımından olduqca vacib və vaxtında səslənmiş fikirlərdir. Regionların nümayəndələri xüsusi vurğulamışlar ki, dövlətimizin başçısının qurultayda çıxışı xaricdə yaşayan azərbaycanlılar tərəfindən diaspor təşkilatlarının həmrəyliyi və birliyi təmin etmək vəzifələrinin yerinə yetirilməsi üçün vahid strateji xətt kimi qəbul edilmişdir. Eyni zamanda diaspor nümayəndələri Azərbaycanın rəsmi dövlət nümayəndəlikləri, yəni xaricdəki səfirliklər və konsulluqlar ilə sıx əlaqə yaradılmasının vacibliyini qeyd etmişlər.

Azərbaycan səfirinin çıxışı səmimi və açıq dialoq üçün şərait yaratmışdır. Azərbaycanın ictimai təşkilatlarının daha tam birləşməsinə əngəl törədən bütün problemli məsələlər müzakirə edilmişdir. Səfirliyin, xüsusən Ümumrusiya Azərbaycanlılar Konqresinin ünvanına tənqidi çıxışlar da səslənmişdir.

“Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Tofiq Məlikli bütün diaspor təşkilatlarını ümumi problemlərin həlli üçün birləşdirəcək, habelə ÜAK-ın növbəti qurultayına hazırlıq məsələləri ilə məşğul olacaq Əlaqələndirmə Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Görüşdə çıxış edənlərin praktiki olaraq hamısı razılaşmışlar ki, belə bir əlaqələndirici mərkəz yaradılması zəruridir. Rusiyanın bütün regional təşkilatlarının rəhbərlərinin daxil olacağı bu mərkəz ümumi siyasət işləyib hazırlaya bilərdi. İrkutsk diaspor təşkilatlarının başçısı Əlirza Salayev, Altay diyarını təmsil edən Murad Zeynalov, Norilskdən olan deputat Əligülşad Kərimov, İvanovo vilayətinin deputatı Sərraf Məmmədov, Lipetsk vilayət diasporunun rəhbəri Zakir Şabanov və başqaları öz çıxışlarında diasporda mənəvi ab-havanın yaxşılaşdırılması, intellektual və maliyyə potensialını birləşdirməyin zəruriliyi, diasporun fəaliyyətinin səmərəsinin artırılması barədə konkret təkliflər irəli sürmüşlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti də yüksək qiymətləndirilmişdir.

Polad Bülbüloğlu görüşü yekunlaşdıraraq bildirmişdir ki, tədbirdə səslənmiş bütün təkliflər və tövsiyələr ümumiləşdirilərək Diasporla İş üzrə Dövlət Komitəsinə və Xarici İşlər Nazirliyinə təqdim ediləcəkdir. Onun sözlərinə görə üfüqi əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi haqqında yaxşı təklif irəli sürülmüşdür.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sonda demişdir: “Daha konkret tövsiyələr hazırlamaq üçün seksiyalar üzrə toplaşmaq olar. Bu tövsiyələr ümumi təklifin tərkib hissəsi olacaqlar. Bu, çətin yoldur, lakin irəli getmək, işləmək, məsləhətləşmək və vəziyyəti yaxşılaşdırmaq lazımdır”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib