Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın müstəqilliyi Prezident İlham Əliyevin əsas prioriteti və şərəf işidir

Azərbaycanın müstəqilliyi Prezident İlham Əliyevin əsas prioriteti və şərəf işidir

Bakı, 22 dekabr, AZƏRTAC

Kommersant.ru saytında Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımovla müsahibə dərc olunub. Həmin müsahibəni oxuculara təqdim edirik.

X X X

Başa çatmaqda olan ildə Rusiya-Azərbaycan münasibətlərinə yeni təkan verilib. Hər iki tərəfin rəsmi nümayəndələrinin çoxsaylı ikitərəfli görüşləri zamanı imzalanmış bir sıra sənədlər bunu söyləməyə əsas verir. Məsələn, bu ilin əvvəlində Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Bakıda rəsmi səfərdə olub, Azərbaycan Respublikasının Prezidenti onu qəbul edib. Baş konsulun fikrincə, bu görüşün yekunu olaraq nəqliyyat və ağır maşınqayırma sahələrində sazişlər imzalanıb, Sverdlovsk vilayətində kənd təsərrüfatı məhsullarının qəbulu və bölüşdürülməsi üzrə birgə logistik mərkəz yaradılıb. Gələn il Yekaterinburqda hökumətlərarası komissiyanın iclası və ikitərəfli iqtisadi forum keçiriləcək. Bu tədbirlər sayəsində həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar qazanıb.

Baş konsul ilə sonuncu görüşümüzdən keçən müddətdə onun ofisində səmimi şərait dəyişməyib, burada qonaqlara təklif edilən ətirli çay və ləzzətli şirniyyatlar isə bayırda şaxtalı Ural havasına baxmayaraq xoş bir hərarət hissi yaradır.

- Bir il əvvəl Bakıda oldum. Açıq deyim ki, bu gün şəhərinizin müasir, gözəl və dinamik inkişaf etməkdə olan meqapolisə çevrilməsi məni yaxşı mənada heyrətləndirdi. Yerli sakinlərin mənimlə normal rus dilində danışmaları məni xüsusilə ruhlandırdı. Həmsöhbətlərimin hamısı bir nəfər kimi qeyd etdi ki, Azərbaycanın qonşu ölkələrlə, xüsusən Rusiya ilə mehriban münasibətləri sizin Prezidentin xidmətidir. İnsanlar onun şəxsiyyətinə səmimi hörmət bəsləyir. Xahiş edirəm, deyin, Yekaterinburqda mənim bu təəssüratlarım həqiqətə nə dərəcədə uyğundur?

- Özünüz öz sualınıza cavab verdiniz. Əvvələn, sizin indi gördüyünüz və tanıdığınız müstəqil Azərbaycanın təşəkkülündə Heydər Əlirza oğlu Əliyev misilsiz rol oynayıb. Azərbaycan xalqı yaxşı xatırlayır ki, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı. O, əsl vətənpərvər, həmişə və hər işdə öz ölkəsinin mənafelərinə sadiq insan idi. Bir azərbaycanlı kimi bunu demək mənə xoşdur ki, Prezident İlham Əliyev bu fəaliyyət kursunun tamhüquqlu varisidir. Xalqımızın dəstəyi və ölçülüb-biçilmiş siyasət sayəsində ölkənin davamlı inkişafı təmin olunub. Azərbaycan bütün sahələrdə rekord sürətlə inkişaf edən ölkəyə çevrilib.

Bu inkişafa elə təkan verilib ki, bu gün Azərbaycan regionda lider ölkədir. Bizim ölkəmizlə hesablaşmağa başlayıblar. İnamla demək olar ki, Azərbaycanın müstəqilliyi Prezident İlham Əliyevin əsas prioriteti və şərəf işidir.

Region iqtisadiyyatının demək olar ki, 80 faizi məhz Azərbaycanda formalaşır. Mühüm iqtisadi göstəricilərin çoxu buna sübutdur: 10 ildə ölkədə yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, iş yerlərinin sayı daim artır, davamlı ərzaq təhlükəsizliyi və valyuta ehtiyatlarının müsbət dinamikası təmin olunub. Ölkə kosmik klubun üzvü olub. İnsan hüquqları ilə bağlı iki milli konsepsiya qəbul edilib. İnternetdən istifadə azadlığı təmin edilib, medianın dəstəklənməsi üçün milyonlarla manat vəsait ayrılıb. Gələn il Azərbaycanda Birinci Avropa Oyunlarının və “Formula-1” yarışları üzrə Avropa Qran-Prisi mərhələsinin keçirilməsinə fəal hazırlıq görülür. Bir sözlə, bizim səylərimizin əsas istiqaməti quruculuqdur. Azərbaycanın bəlkə də yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.

- Azərbaycan beynəlxalq arenada özünü güclü müstəqil dövlət kimi təqdim edir. Sizin ölkənin rəhbərliyinin bütün dövlətlərlə qarşılıqlı faydalı, mehriban qonşuluq münasibətləri yaratmaq səylərini görməmək olmaz. Sizin fikrinizcə, bu gün Rusiyanın düşdüyü vəziyyət ölkələrimizin münasibətlərində bu siyasətin gerçəkləşməsinə hansı formadasa təsir edibmi?

- Əvvələn, Prezident İlham Əliyevin təbirincə desək, biz müstəqil siyasət yürüdürük. Heç bir kənar qüvvə bizim iradəmizə təsir göstərə bilməz. Biz kiminsə diktəsi ilə heç nə etmirik və etməyəcəyik.

İkincisi, biz Rusiyaya, rus xalqına həmişə hörmət bəsləmişik. Rusiya bizim mehriban qonşumuz, strateji tərəfdaşımız və yaxşı dostumuzdur, ölkələrimiz arasında səmimi dostluq münasibətləri var. Biz həmişə buna çalışacağıq. Biz inkişaf edirik, dövlətlərimizin rəhbərləri tez-tez görüşür, ünsiyyət saxlayır, fəal siyasi dialoq aparırlar, bunun sayəsində ölkələrimiz arasında həll edilməmiş məsələlər və problemlər yoxdur.

- Siz bu gün Rusiya ilə Azərbaycanın əməkdaşlığını necə görürsünüz?

- Bu, ilk növbədə, enerji ehtiyatları sahəsində əməkdaşlıqdır. Lakin bu gün fəal surətdə həyata keçirilən məqsədlərə uyğun olaraq, milli iqtisadiyyatın şaxələndirilməsi barədə danışırıq, son zamanlar bütün başqa sahələrdə, məsələn, kənd təsərrüfatı sahəsində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənir. Azərbaycandan Rusiya bazarına göndərilən kənd təsərrüfatı məhsullarının həcmi daim artır. Bundan əlavə, fikrimizcə, turizm sahəsində yaxşı perspektivlər var. Məsələn, Bakıda olarkən Rusiyadan Azərbaycana gələn turistlərin sayının ilbəil artmasını müşahidə edirəm. Bu, təkcə rahat aeroportların və məşhur otel brendlərinin mövcudluğu ilə deyil, həm də dil baryerinin olmaması, əlverişli iqlim şəraiti, dəniz, əvvəllər bizim ölkə üçün təsəvvürə gəlməyən qış turizminin sürətlə inkişaf etməsi və əlbəttə, ənənəvi səmimi qonaqpərvərliklə bağlıdır.

- Məlumdur ki, Azərbaycanda Rus İcması Cənubi Qafqazda sayca ən böyük Rus İcmasıdır. Belə demək olarmı ki, bu fakt rusların həmin ölkədə rahat yaşamasını birbaşa sübut edir?

- Zənnimcə, məhz belə demək lazımdır. Azərbaycanda rus icmasının 120 mindən çox üzvü var və o, həqiqətən Qafqazda ən böyük icmadır. Bizim Prezident son müsahibələrinin birində qeyd edib ki, bu insanlar beynəlxalq aləmdə Azərbaycanı ləyaqətlə təmsil edir və ölkənin inkişafına böyük töhfə verirlər. Bizim mədəniyyətlərin qarşılıqlı qaynayıb-qarışması çox böyük əhəmiyyət kəsb edir.

Bakıdakı Rus Dram Teatrının yaradılmasından 90 ildən çox keçir. Azərbaycanın hər bir vətəndaşı rus dilində təhsil almaq imkanına malikdir. Bizdə 300-dən çox məktəb belə bir imkan təqdim edir. Azərbaycanda Moskva Dövlət Universitetinin fundamental filialı, ali məktəblər üçün rusdilli müəllimlər hazırlayan Slavyan Universiteti fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycandakı dövlət ali məktəblərinin hamısında rus dilində oxumaq olar. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, bizim xalqımız mədəni-humanitar, insani münasibətlər yolunu seçib.

Arzu edənlərin hamısını qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkəmizə dəvət edirəm.

Arayış: Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğu cəmi beş il bundan əvvəl açılıb. Bu müddətdə konsulluğun işinin nəticələri göstərir ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı Azərbaycanın dövlət siyasətində prioritet məsələdir. Bu ölkənin maraqları Yekaterinburqda geniş təmsil olunub - Uralda Azərbaycan diasporu ən çoxsaylı diasporlardan biridir. Milli hava yolları şirkəti Uralın və Azərbaycanın paytaxtları arasında mütəmadi birbaşa aviareyslər yerinə yetirir, Yekaterinburqda Azərbaycan Beynəlxalq Bankının nümayəndəliyi işləyir, mədəni və humanitar sahələrdə əməkdaşlıq fəal inkişaf edir. Sverdlovsk televiziyasında artıq beşinci ildir ki, “Azərbaycana gedən yol” adlı televiziya proqramı efirə çıxır. Azərbaycanın hüdudlarından kənarda müəyyən mənada yeganə olan bu proqramda vilayət sakinlərinə Azərbaycan, onun mədəniyyəti, tarixi və ənənələri barədə məlumat verilir. Nüfuzlu “TEFİ-Region-2014” televiziya müsabiqəsinin münsiflər heyəti yaxın vaxtlarda həmin proqramı “Ənənələrə sadiqliyə görə” mükafatına layiq görüb. Bundan əlavə, Yekaterinburqdakı Kitabxana Mərkəzində daimi nümayiş etdirilən “Azərbaycan Respublikası” ekspozisiyası yaradılıb. Bu ekspozisiyanı Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi dəstəkləyir. Ural Federal Universitetində isə Azərbaycanın öyrənilməsi mərkəzi yaradılıb, arzu edən hər kəs həmin mərkəzdə bu ölkənin inkişafının əsas mərhələlərini araşdıra bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub