AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏKDİR
Noyabrın 6-da Milli Məclisin nümayəndə heyəti “Qanun layihələrinin hazırlanmasında icra və qanunvericilik orqanları ilə əməkdaşlıq” mövzusuna həsr olunmuş beynəlxalq seminarda iştirak etmək üçün Vaşinqtona yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətini tərkibinə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputatlar Gültəkin Hacıyeva, Nairə Şahtaxtinskaya, Məlahət Həsənova, Anar Məmmədxanov, Asəf Hacıyev və Asim Mollazadə daxildirlər.
Beynəlxalq İnkişaf Agentliyinin təşkil etdiyi bu tədbirdə Amerika Birləşmiş Ştatlarında qanun layihələrinin hazırlanması prosesi, bu sahədə icra və qanunvericilik orqanları ilə əməkdaşlıq, Azərbaycanla ABŞ-ın hökumət və qeyri-hökumət təşkilatları arasında peşəkar münasibətlər mövzularında fikir mübadiləsi aparılacaqdır.
Deputatlarımız müzakirələrdə çıxış edəcək, gündəliyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.
Parlament nümayəndə heyətinin səfəri noyabrın 18-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]