Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Polşadakı səfirliyi “Azərbaycan-müstəqilliyə gedən yolda” adlı ictimai tədbir təşkil etmişdir

Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyi Xocalı soyqırımının 20‑ci və 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Azərbaycan - müstəqilliyə gedən yolda” adlı ictimai tədbir təşkil etmişdir. Məlum olduğu kimi, 2008-ci il mayın 8-də Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası başlanmışdır. Təşəbbüs Xocalı faciəsinin mənəvi və siyasi-hüquqi tanınmasına yönəldilmişdir. Bu çərçivədə dünyanın 35 ölkəsində, o cümlədən Polşada geniş təbliğat-təşviqat işi aparılmaqdadır.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində səfirliyin Varşavanın mərkəzində yerləşən Müstəqillik Muzeyində təşkil etdiyi tədbir çox böyük uğurla keçmişdir. Tədbir ərəfəsində səfirliyin apardığı uğurlu təşviqat işi nəticəsində 156 nəfərlik tutumu olan zal tamamilə dolmuş, xeyli insan ayaq üstə duraraq tədbiri dinləmişdir. İki saat davam edən tədbirə Polşanın müxtəlif dövlət qurumları, o cümlədən Xarici İşlər, Nəqliyyat, Kənd Təsərrüfatı və Kəndin İnkişafı nazirlikləri, Polşa Sahibkarlar Konfederasiyası, Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, iqtisadiyyat palataları nümayəndələri, tanınmış jurnalistlər, o cümlədən TVP-nin “Şərq Studiyası” verilişinin aparıcısı, Polşada fəaliyyət göstərən özəl şirkət, Azərbaycan diasporu, Varşavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif universitetlərdən alimlər və xeyli sayda tələbələr qatılmışlar.

Tədbir zamanı “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmış petisiya 200 nüsxə çap edilərək iştirakçılar arasında yayılmış və onlar kampaniyanın saytına daxil olaraq petisiyanı imzalamağa dəvət edilmişlər. Tədbirin keçirildiyi binada Heydər Əliyev Fondu tərəfindən göndərilmiş Xocalı hadisəsi barədə faciəvi səhnələri əks etdirən fotoşəkillər və beynəlxalq mətbuat nümayəndələrinin məqalələrindən ibarət sərgi təşkil edilmişdir. Tədbir çərçivəsində müvafiq təbliğat-təşviqat materialları - polyak dilində Erməni mifi; Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər; səfirlik tərəfindən hazırlanmış “Azərbaycan xalqının soyqırımı tarixindən” adlı 4 mövzu üzrə silsilə açıqcalar (min nüsxə), ingilis dilində Xocalı soyqırımı - milyon imza, bir tələb; Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Dağlıq Qarabağ haqda həqiqi faktlar” silsiləsindən kitabçalar paylanmışdır.

Bundan əlavə, polyak jurnalist Yatsek Pototskinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı məqalə kitabça şəklində çap edilərək paylanmışdır. Məqalədə Azərbaycanın inkişafı, Ermənistanın isə deqradasiyasından bəhs edilir. Münaqişənin regionda sülh və əmin-amanlıq yolunda yeganə maneə olduğu bildirilir. Tədbir iştirakçıları arasında, həmçinin Polşa yazıçısı Vitold Mixalovskinin “Heydər Əliyev haqqında söz” kitabı da paylanmışdır.

Tədbirdə səfir Həsən Həsənov çıxış edərək Azərbaycan tarixi ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir. Çıxış zamanı xəritələr nümayiş etdirərək Azərbaycan ərazisinin bölüşdürüldüyü, ermənilərin Azərbaycan ərazilərinə köçürüldüyü barədə məlumat vermiş, Dağlıq Qarabağda münaqişə ocağının necə yaradıldığını izah etmişdir. Səfir xüsusilə müstəqilliyə gedən yolda Azərbaycan xalqının başına gətirilmiş müsibətlər - 1918-ci il mart və 1992-ci il Xocalı soyqırımıları, 1990-cı il 20 Yanvar faciəsi və s. barədə geniş məlumat vermişdir. Xocalıda baş vermiş faciə barədə məlumat verən Həsən Həsənov bildirmişdir ki, ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocanı, qadını, uşağı qətlə yetirmiş, meyitləri tanınmaz şəklə salmış, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv etmişlər.

Səfirin çıxışında XX əsrin ən acı faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymət verilmədiyi qeyd olunmuşdur. Çıxışın sonunda tədbir iştirakçılarına Azərbaycanın müasir həyatında gedən dinamik inkişaf haqda məlumat vermişdir.

Tədbirdə, həmçinin politoloq-rusiyaşünas, Polşanın Ermənistan və Moldovada səfiri olmuş, hazırda Varşava Universitetinin professoru Viktor Ross çıxış etmişdir. V. Ross xalqımızın malik olduğu zəngin mədəniyyətdən danışaraq, Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətlər, dünya ədəbiyyatı və incəsənətinə verdiyi böyük töhfələrdən bəhs etmişdir. Çıxışı zamanı, həmçinin Azərbaycan-Polşa əlaqələrinin qədim tarixindən danışan natiq, bu münasibətlərin daim dost münasibətləri olduğunu diqqətə çatdırmışdır. Varşava Universitetində Qafqaz seminariyasının rəhbəri David Kolbaya çıxış edərək, ölkəmizdə gedən iqtisadi inkişafdan, Azərbaycanın regionda artan əhəmiyyətindən danışmışdır. O, ulu öndər Heydər Əliyevin başladığı uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirən natiq, soyuq qış günlərində Gürcüstana qaz ixracının dayandırıldığı zaman Gürcüstanın yardımına məhz Azərbaycanın yetişdiyini bildirmişdir. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan D.Kolbaya, münaqişənin regionun davamlı inkişafı üçün yeganə maneə və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeganə doğru yol olmasından danışmış, ermənilərin yürütdüyü təcavüzkar siyasətin XXI əsrin reallığına uyğun olmadığını bildirmişdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO