Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın qəhrəmanı, “Qalatasaray”ın azarkeşi, - şəhid Fərid Dursunov

Qax, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır. Belə qəhrəman oğullardan biri də Vətən yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan Qax rayonundan olan kapitan Fərid Dursunovdur.

Dursunov Fərid Fazil oğlu 1986-cı il iyulun 26-da Qax rayonunun Qorağan кəndində anadan olub. O, 2003-cü ildə Qorağan kənd tam orta məktəbini bitirib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan Fərid orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2008-ci ildə məktəbi bitirərək hərbçi peşəsinə yiyələnib. Həmin ildən müxtəlif hərbi hissələrdə xidmət edib. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan kapitan Fərid Dursunov Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sentyabrın 29-da Qax rayonunun Qorağan kəndində dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.

AZƏRTAC-ın bölgə müxbiri Fərid Dursunovun ailəsində olub, ailə üzvləri ilə görüşüb.

Övladları barədə qürurla danışan şəhidin atası Fazil Dursunov deyib: “Oğullarımın üçü də hərbçidir. Fərid uşaqların böyüyü idi. Ali Hərbi Məktəbi bitirdi, zabit oldu. Qardaşları Vasif və Röyal da onun arxasınca getdilər, hərbçi oldular. Mən təqaüdə çıxandan sonra ailəyə baxmağı Fəridə tapşırmışdım. Demişdim ki, başım təsərrüfat işlərinə qarışıb, ailəndən, qardaşlarından sən muğayat olmalısan, böyüklük etməlisən. Çox yaxşı övlad idi. Fərid və kiçik qardaşı Röyal 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak ediblər. İkinci oğlum Vasif isə müharibə vaxtı Tovuz tərəfdə xidmət edirdi. Fərid elə bil müharibənin başlanacağını bilirdi, ancaq bizə hiss etdirmirdi. Vətən müharibəsi başlanan zaman o, Daşkəsəndə xidmət edirdi. Müharibənin ilk günündən Murovdağ istiqamətində idi. “Ömər aşırımı”nın “Koroğlu” adlanan ərazisində gedən döyüşlər zamanı düşmən tərəfindən minomyot atəşinə tutulub. Elə oradaca şəhid olub”.

Şəhid atası sözünə davam edərək bildirib ki, özü vaxtilə iki il Əfqanıstanda xidmət edib. “Orada yaralanmışam, müharibə veteranıyam. Övladlarım uşaq vaxtlarında mənim medallarımı taxıb gəzir, hamıya deyərdilər ki, atam müharibədə iştirak edib, qəhrəmandır. Bununla qürrələnirdilər. Fərid şəhid olandan sonra aidiyyəti qurumlara məktub yazdım, oğlumun da yerinə döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirdim. Yaşım çox olduğu üçün razılıq vermədilər”, - deyə o əlavə edib.

Fazil kişi uzun illərdir tütünçülüklə məşğul olur. Kənddəki evləri qəbiristanlıq tərəfdədir. Hər gün qəbiristanlığın yanından keçib tütün sahəsinə işləməyə gedir. “Hələ 44 günlük müharibə başlamamışdı. Hər dəfə qəbiristanlıq tərəfə baxanda fikirləşirdim ki, oğullarımın üçü də hərbçidir. Sanki ürəyimə dammışdı ki, birdən müharibə başlasa, mənim də övladlarım şəhid ola bilər. Elə də oldu. Şəhid oğlumu kəndin qəbiristanında dəfn etdik. Vətən sağ olsun!”, - deyə Fazil kişi qəhərini boğmağa çalışır.

Şəhidin anası Mirvari xanım oğlu barədə danışmağın onun üçün çox çətin olduğunu bildirib: “Fərid mənim birinci övladım idi. Uşaqlıqdan hərbçi olmaq istəyirdi. Qardaşları da onun yolu ilə getdilər. Çox ailəcanlı idi, uşaqlarını çox sevirdi. Oğlum Vətən yolunda şəhid olub. Fəxr edirəm ki, şəhid anasıyam”.

Fəridin həyat yoldaşı Məryəm Dursunova ilə də söhbət edirik. O, həyat yoldaşı haqqında xatirələrini bölüşərək deyib: “Fəridlə 2009-cu ildə evlənmişdik. Çox yaxşı ata, həm də həyat yoldaşı idi. Hamı onu çox alicənab, qayğıkeş insan kimi tanıyırdı. Hərbçi yoldaşları, əsgərləri də onun xətrini çox istəyirdilər. Müharibə başlayanda Daşkəsəndə xidmət edirdi. Biz orada yaşayış binasının beşinci mərtəbəsində qalırdıq. Sanki müharibə başlayacağını hiss edirdik. Fərid sentyabrın 26-sı evə gəldi, uşaqlarla bir az oynadı. Dedi ki, mən getməliyəm. Görüşdü, sağollaşdı, getdi. Axşam ona mesaj yazdım ki, deyirlər müharibə başlayır. Dedi ki, “elə şey yoxdur. Sən narahat olma, evdə uşaqlara bax, rahat oturun. Başlasa deyəcəyəm”. Gecə topların səsinə oyandım. Tez eyvana çıxdım, gördüm hamı həyətdə toplaşıb. Başa düşdüm ki, artıq müharibə başlayıb”.

Həyat yoldaşının Türkiyənin “Qalatasaray” klubuna olan sevgisindən də danışan Məryəm xanım qeyd edib: “Hamımız “Qalatasaray” azarkeşi olmuşduq, komandanın bütün oyunlarını izləyirdik. Uşaqlarımız komandanın bütün oyunçularının adlarını əzbər bilirdilər. Evimizin hər tərəfində Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” bayrağı və komandaya aid loqo və emblemlər var idi. Sonradan öyrəndik ki, dostlarına vəsiyyət edibmiş ki, şəhid olsa məzarı üzərində Azərbaycan Bayrağı ilə yanaşı, “Qalatasaray”ın da bayrağı dalğalansın”.

Fərid şəhid olandan sonra dostları onun arzusunu yerinə yetiriblər, məzarı üzərinə “Qalatasaray”ın da bayrağını asıblar və bunu sosial şəbəkələrdə paylaşıblar. “Qalatasaray” futbol klubunun rəsmi feysbuk səhifəsində də şəhid Fərid Dursunovla bağlı paylaşım edilib. Klubun ovaxtkı prezidenti zəng edərək ailəsinə başsağlığı verib. Şəhidin övladları İsa və Ömər Bakıda “Qarabağ” və “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununa dəvət olunublar, klubun idarəedici şəxsləri ilə görüşüb, oyunçularla birlikdə meydançaya çıxıblar.

Kapitan Fərid Dursunov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “SpaceXAI” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib