Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir
Bakı, 10 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı, şimal küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimal olunur. Şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz müsbət 4-7 dərəcə, dağlarda gecə 4-8 dərəcə şaxta olacaq, gündüz 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək yüksələcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]