Azərbaycanın şahmat üzrə qadınlardan ibarət komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb
Bakı, 16 noyabr, AZƏRTAC
Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət komandası növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirin dördüncü turunda şahmatçılarımız Almaniya yığması üzərində 3:1 hesablı qələbə qazanıblar. Hazırda komandamız 6 xalla turnir cədvəlində 3-7-ci yerləri bölüşür.
Qeyd edək ki, turnirin dördüncü turunda kişi şahmatçılarımızın Macarıstan komandası ilə qarşılaşmasında bərabərlik qeydə alınıb (2:2).
Kişi şahmatçılarımız 4 turun yekunlarına görə, 7 xalla turnir cədvəlində liderlər qrupunda yer alıb.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir. Çempionat noyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]