Azərbaycanın U-19 komandası bu gün ispaniyalı həmyaşıdları ilə qarşılaşacaq
Bakı, 13 noyabr, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək oyunda İspaniya yığması ilə qarşılaşacaq.
Qarşılaşmanı İngiltərədən olan baş hakim Davit Koote idarə edəcək. Ona Nik Hopton (İngiltərə) və Dani Dias Balsa (Lüksemburq) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sedrik Biever (Lüksemburq) yerinə yetirəcək.
Millimiz ilk oyununda Belçika yığmasına 1:5 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]