Azərbaycanın unudulmaqda olan yeməklərinin təbliği üzrə iş aparılır
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycanın unudulmaqda olan yeməklərinin təbliği üzrə iş aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
“Milli mətbəximizin ən tanınan nümunələri dolma və kababdır. Amma bizim mətbəx çox zəngindir. Ona görə unudulmaqda olan milli mətbəx nümunələrini təbliğ etməyi düşünürük. Bunun üçün bir sıra qurumlarla birlikdə iş aparılır. İlkin olaraq bir neçə pilot səfərlər təşkil etməyi nəzərdə tuturuq. Daha sonra isə bu layihə də biznesə açıq olacaq və qonaqlarımız unudulmaqda olan yeməklərimizlə tanış olacaqlar", -deyə Azadə Hüseynova bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]