Azərbaycanın xarici işlər naziri belçikalı həmkarı ilə ikitərəfli münasibətlər kontekstində fikir mübadiləsi aparıb
Bakı, 24 avqust, AZƏRTAC
Biz xanım nazirlə həm təkbətək, həm də geniş tərkibli görüş zamanı iki ölkə arasındakı münasibətlər, Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlər və layihələr, eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi apardıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.
“Bugünkü görüşümüz əsnasında biz ikitərəfli münasibətlər kontekstində iqtisadi əlaqələrimiz barədə də fikir mübadiləsi apardıq”, - deyə Ceyhun Bayramov vurğulayıb.