Azərbaycanın xarici işlər naziri bp-nin regional prezidenti ilə görüşüb
Bakı, 6 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrellə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və bp arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həyata keçirilən enerji layihələrinin perspektivləri, dünyanın enerji bazarındakı son durum barədə fikir mübadiləsi aparılıb.