Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANIN XƏZƏR NEFTİ REGİONAL ƏMƏKDAŞLIĞA XİDMƏT EDİR

RESPUBLİKA QARA DƏNİZ-XƏZƏR HÖVZƏSİNDƏ TƏBİİ KARBOHİDROGENLƏRİN İŞLƏNMƏSİ VƏ İXRACININ YENİ BEYNƏLXALQ MƏRKƏZİ OLMUŞDURMəcid Kərimov Neft qədimdən Azərbaycanın inkişaf istiqamətini müəyyənləşdirən milli sərvəti olmuşdur. Azərbaycan müstəqil dövlət, öz təbii sərvətlərinin həqiqi sahibi olduqdan sonra, biz öz ehtiyatlarımızdan ölkəmizin mənafeləri naminə, xalqımızın, dostlarımızın və tərəfdaşlarımızın xeyrinə tam istifadə edə bildik. Artıq 10 ildən çoxdur ki, Azərbaycan açıq qapı siyasəti yeridərək, xarici sərmayələri Xəzərin çox zəngin neft və qaz yataqlarının geniş miqyasda işlənilməsinə fəal cəlb edir. Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsinə dair 1994-cü ilin payızında dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış və tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş müqavilə bu yolda ilk mühüm addım idi. Müqavilədə Azərbaycanla yanaşı, Böyük Britaniyanın, Rusiyanın, ABŞ-ın və digər dövlətlərin neft şirkətləri iştirak edir. Son illər Azərbaycan yeni dövlət Neft strategiyasını, - onun yaradılması Prezident Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır,- həyata keçirərək, XXI əsrin reallıqlarını və ilk növbədə, milli mənafeləri nəzərə alaraq, öz coğrafi strategiyasını və coğrafi siyasətini onun əsasında qurur. Bu günədək ölkəmiz neft-qaz yataqlarının kəşfi və işlənilməsi üçün dünyanın 15 dövlətini təmsil edən 33 neft şirkəti ilə 22 müqavilə, habelə karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara nəqlinə dair bir sıra sazişlər bağlamışdır. Bütün bunlar respublikamızın təbii karbohidrogen ehtiyatlarının işlənilməsi və ixracı sahəsində regionda yeni beynəlxalq mərkəzə çevrilməsinə, Qara dəniz-Xəzər hövzəsində ümdə mövqe tutmasına, başlıcası isə, möhkəm hüquqi baza əsasında çox böyük Şərq-Qərb enerji dəhlizi yaradılmasına doğru yol açmasına imkan vermişdir. Halbuki həmin dəhlizi, hələ bu yaxınlara qədər az qala siyasətçilərin sadəlövh uydurması adlandırırdılar. İlham Əliyevin “Azərbaycanın Xəzər nefti” kitabı yeni Neft strategiyasının inkişafına sanballı töhfə olmuş, bu strategiyanı elmi-texniki və metodoloji cəhətdən əsaslandırmışdır. Moskvanın “İzvestiya” nəşriyyatında yenicə çapdan çıxan bu kitab, sözün əsl mənasında, elmi-tarixi əsər olaraq, böyük ictimai əks-səda doğurmuşdur. Bu əsəri, haqlı olaraq, Xəzərin ensiklopediyası adlandırmaq olar, çünki burada regionun siyasi və iqtisadi inkişafı ilə, Xəzərin coğrafi-siyasi, hüquqi aspektləri ilə, Xəzər neftinin hasilatı və nəqli ilə bağlı zəngin material öz əksini tapmışdır. Kitabda araşdırılan məsələlərin əhatə dairəsi olduqca genişdir. İlham Əliyev burada hüquqşünas, tarixçi və politoloq kimi çıxış edir. Başlıcası isə, müəllif problemlərə, ənənəvi elmi monoqrafiyalara xas olduğu kimi, qurucasına və mücərrəd şəkildə yanaşmır, əksinə, məsələləri Azərbaycan xalqının və dövlətçiliyinin gələcək müqəddaratına, öz vətəninin gələcəyinə görə həqiqi narahatlıqla araşdırır və bu zaman sistemli yanaşma nəzəriyyəsini tətbiq edir. Digər tərəfdən, kitabda verilmiş Azərbaycanın Neft strategiyasının kompleks elmi təhlili, düzgün qurulmuş struktur-metodoloji sxem, zəngin elmi ədəbiyyat və digər cəhətlər sübut edir ki, monoqrafiya mükəmməl, orijinal əsər kimi müasir Azərbaycan elminə sanballı töhfədir. Kitabda antik dövrdən tutmuş, Abşeron yarımadasında neftin sənaye üsulu ilə hasilatına başlanmasına və XIX-XX əsrlərin ayırıcında, dünyada istehsal edilən neftin yarısının Azərbaycanda çıxarıldığı dövrdə neft sənayesinin inkişafınadək Qafqaz-Xəzər regionunun tarixində olmuş hadisələrin tam mənzərəsi verilir. Sonralar Bakının meydana gəldiyi Abşeronda hələ X əsrdə qara qızıl mənbələri olan heyrətamiz quyular mövcud idi. Çini, Hindistanı və Mərkəzi Asiyanı Aralıq dənizi və Qara dəniz hövzəsi ilə, habelə İran körfəzini Volqaboyu xanlıqları və Moskva dövləti ilə birləşdirən karvan yollarının qollarından birinin üstündə yerləşən Bakı XV əsrdə Xəzərin ticarət, o cümlədən də neft ixracı sahəsində ən iri limanlarından birinə çevrilmişdi. Neftin sənaye üsulu ilə hasilatına dünyada ilk dəfə 1847-ci ildə Abşeronda başlanmışdır. Bu dövr ərzində onun təkindən təxminən milyard yarım ton Azərbaycan nefti çıxarılmışdır. Buradakı yataqların intensiv surətdə işlənilməsinə isə 1871-ci ildə başlanmışdır. İlk neft tankeri də suya o vaxt buraxılmışdır. 1872-ci ildə məşhur Nobel neft sənayeçiləri ailəsi Bakıda ilk neft şirkəti yaratmış, üç ildən sonra isə özünün ilk neftayırma zavodunu tikdirmişdir. Elə həmin dövrdə bir çox xarici firmalar “neft bumu” dalğasında Abşerona axışaraq, neft “kökə”sində öz tikəsini əldən verməməyə çalışırdı. Görkəmli alimlər D.Mendeleyev, V.G.Abix, D.Qolubyatnikov və bir çox başqaları neft sahəsinin yaranmasında fəal iştirak edirdilər. 1901-ci ildə Bakı-Batumi neft kəmərinin tikintisinə başlandı və onun çəkilişi 1905-ci ildə sona çatdırıldı. Artıq elə həmin il Azərbaycanda 10 milyon tondan çox neft çıxarılmışdı ki, bu da dünya hasilatının yarısı demək idi. Birinci dünya müharibəsi dövründə Rusiya neftinin 75 faizi Abşeron yarımadasındakı yataqlardan çıxarılırdı. Bakı göz önündə böyük neft sənayesi şəhərinə çevrilərək, Rusiya dövlətinin ən iri sənaye mərkəzlərindən biri olmuşdu. Kitabın həmin hissəsində neft sənayesinin sovet dövründəki inkişaf mərhələləri, ölkənin neft sənayesinin təşəkkülündə Azərbaycan neftçilərinin aparıcı rolu, faşizm üzərində Böyük Qələbənin qazanılmasına əvəzsiz töhfəsi, Volqaboyunda, Tatarıstanda, Tümendə, müttəfiq respublikalarda – Qazaxıstanda, Türkmənistanda, - burada Azərbaycan neftçilərini indiyədək minnətdarlıqla xatırlayırlar, - yeni, perspektivli neft-qaz yataqlarının kəşfində iştirakı da öz tarixi yerini tapmışdır. Biz təxminən yarım əsr əvvəl dayaqlar üzərində əfsanəvi şəhərin – Neft Daşlarının yaradıldığı açıq dənizdə dünya praktikasında ilk neft yatağının kəşfi və işlənilməsinin pioneri olmuşuq. Burada toplanmış təcrübə XX-XXI əsrlərin ayırıcında Xəzərin neft və qaz yataqlarının geniş miqyasda işlənilməsinə dair əzəmətli layihələrin həyata keçirilməsi üçün yeni infrastruktur yaratmağa imkan vermişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1970-1980-ci illər Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə yazılmışdır. Müəllif o dövrün mühüm hadisələrinin rolunu və əhəmiyyətini obyektiv qiymətləndirərək, neft sahəsinin inkişafını sürətləndirmək və onun maddi-texniki bazasını yeniləşdirmək məqsədilə görülmüş tədbirləri hərtrəfli araşdırır. Bakı dərin özülləri zavodu kimi müasir müəssisələr, müasir güclü kran gəmiləri, borudüzən kranlar, “Şelf” tipli yarımdalma qazma qurğuları və onlarca digər obyekt və qurğu məhz həmin dövrdə tikilmiş, yenidən qurulmuş və xaricdən alınmışdır. Ayrıca vurğulayaq ki, o illərdə yaradılmış baza dövlət müstəqilliyi qazanıldıqdan sonra, xüsusən də, Heydər Əliyevin ölkəyə yenidən rəhbərlik etməyə başladığı 1993-cü ildən etibarən Azərbaycanın neft sənayesinin dirçəldilməsində mühüm rol oynamışdır. Müəllif müstəqil Azərbaycanın neft sənayesinin qarşısındakı məsul vəzifələrdən söhbət açaraq qeyd edir ki, karbohidrogen ehtiyatları hasilatının bir əsr yarımdan artıq tarixi olmasına baxmayaraq, ölkəmiz hələ də xeyli kəşf olunmuş, çıxarılan neft və qaz ehtiyatlarına malikdir, xüsusən də Xəzərdə. Perspektivli və proqnozlaşdırılan ehtiyatlar ölkənin, bütövlükdə, yanacaq-enerji kompleksinin inkişafı üçün etibarlı zəmindir. Belə ki, hesablamalara görə, Azərbaycanda sübut edilmiş, hasil olunan və proqnozlaşdırılan neft ehtiyatları milyardlarla tondur. Hasil edilən və proqnozlaşdırılan təbii qaz ehtiyatları isə trilyonlarla kubmetr həcmində qimətləndirilir. Aparılmış tədqiqatlar istər quruda, istərsə də Xəzərin Azərbaycan sektorunda karbohidrogen xammalı ehtiyatlarının bütün kateqoriyalarına kifayət qədər dəqiq xarakteristika və qiymət verməyə imkan yaradır. Neft və qaz hasilatının əsas perspektivləri neftli-qazlı Cənubi Xəzər hövzəsi ilə bağlıdır. Abşeron və Bakı arxipelaqlarının neftli-qazlı sahələri, Cənubi Xəzərin Azərbaycan sektorunun dərin hissəsi bu hövzənin hüdudları daxilindədir və karbohidrogen xammalının böyük ehtiyatları, habelə perspektivli strukturlar burada cəmləşmişdir. XXI əsrdə Azərbaycan xalqına məhz bu enerji ehtiyatları xidmət edəcəkdir. Müəllif suveren Azərbaycanın neft siyasətinin işlənib hazırlanması məsələlərini yüksək peşəkarlıqla işıqlandıraraq, Azərbaycanın neft və qaz yataqlarının xarici firmalarla birlikdə işlənilməsinin əsas siyasi və iqtisadi amillərinə xüsusi diqqət yetirir. O, neft müqavilələrinin bağlanılması prosesində meydana çıxmış çətinliklərin mahiyyətini çoxlu fakt əsasında açıqlayır. Bu prosesin başlanğıcından iştirakçısı olmuş müəllif planlarımıza gizli və aşkar müqavimət göstərilməsinə, Xəzərin neft ehtiyatları ətrafında gedən kəskin rəqabət mübarizəsinə dair xeyli faktlar gətirir və haqlı olaraq, belə bir rfikir söyləyir: “Biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdalıq zonası olsun”. Ötən 10 il yeni xəttin düzgünlüyünü tam inandırıcı şəkildə sübuta yetirmişdir, çünki xarici şirkətlərlə əməkdaşlığın nəticələri gözlənildiyini ötüb keçmişdir.Ölkəmizdə çıxarılan neftin həcmi ildən-ilə artır. Əgər 1996-1998-ci illərdə hasilat sabit səviyyədə qalaraq, 9,1 milyon ton idisə, 1999-cu ildən dönmədən artmağa başlamışdır. Respublikada 2001-ci ildə 14,9 milyon ton, 2002-ci ildə isə 15,3 milyon ton neft çıxarılmışdır.Müəyyən yekun vuraraq, demək olar ki, “Əsrin müqaviləsi” sayəsində respublika iqtisadi baxımdan aşağıdakılara nail olmuşdur:-layihənin həyata keçirilməsi Azərbaycan neftinin Avropa bazarına çıxmasına imkan açmışdır ki, bu da, öz növbəsində, digər perspektivli sahələrin daha sərfəli şərtlərlə və artıq sahmanlanmış mexanizm üzrə işlənilməsi üçün zəmin yaratmışdır;- strateji layihələrin, məsələn, karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşdirilməsi ilə bağlı beynəlxalq sərmayə və kredit təşkilatlarının nəzərində Azərbaycanın nüfuzu getdikcə artır;-neftlə bağlı sahələrə daha iri məbləğdə kapital qoyulmasına imkan yaranır. -respublika valyuta ehtiyatları yarada və öz sərmayə siyasətini yeridə biləcəkdir; -Azərbaycanın dünya iqtisadi birliyinə inteqrasiyası prosesi sürətlənir; -ölkənin texnoloji inkişaf səviyyəsi yüksəlir. Neft sənayesinin dirçəldilməsi və birbaşa iqtisadi mənfəət götürülməsi ilə yanaşı, “Əsrin müqaviləsi” və ondan sonra bağlanmış sazişlər maşınqayırma, kənd təsərrüfatı, telekommunikasiyalar, servis xidmətləri kimi digər sahələrə sərmayələr qoyulması, yeni iş yerləri açılması üçün əlverişli zəmin yaratmışdır. Yeni iş yerlərinin açılması isə bir milyondan çox qaçqını olan respublika üçün çox vacibdir. ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı şirkətlərinin konsorsiumun tərkibinə daxil olması sayəsində, ölkəmizin elmi və mədəni əlaqələri genişlənmişdir. Hazırda Azərbaycanda bir neçə min müştərək müəssisə, ABŞ, Rusiya, İngiltərə, Fransa və digər ölkələrdə 25-dən çox Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Müqavilə respublikamızın reytinqini beynəlxalq aləmdə xeyli yüksəltmişdir. Dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına cəlb edilməsi vasitəsilə ölkəmiz onların sanballı siyasi dəstəyini qazanmışdır, bu dəstək isə respublikanın bu gün də həll etməli olduğu, əslində, bütün xarici iqtisadi məsələlərdə son dərəcə zəruri idi. Əlamətdar haldır ki, Qərb ölkələri dövlətimizə bərabərhüquqlu tərəfdaş kimi münasibət göstərdiyini nümayiş etdirmişdir. Elə bir tərəfdaş ki, onun siyasi sabitliyi yeni kapital qoyuluşlarına yol açır. Əminəm ki, qarşıdakı beş ildə biz Azərbaycanın neft sənayesinin əzəmətli yüksəlişinin şahidi olacağıq. Əsas inkişaf, ilk növbədə, müqavilədə nəzərdə tutulan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi nəticəsində təmin ediləcəkdir. Hazırda “Çıraq-1” platformasında gündə orta hesabla 140 min barrel neft çıxarılır ki, bu da proqnozlaşdırıldığından xeyli artıqdır. Bu günədək orada 26 milyon tondan çox neft çıxarılmış və Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir. Bu yaxınlarda aparılan kəşfiyyat işləri göstərdi ki, həmin yataqlarda sübuta yetirilən və çıxarıla bilən neft ehtiyatları 5,4 milyard barrelə çatır. Ən son proqnozlara görə isə, bu ehtiyatlar 900 milyon ton həcmində qiymətləndirilir. Açılan imkanlardan səmərəli istifadə üçün birinci mərhələ – “Faza-1” layihəsi hazırlanmış və onun gerçəkləşdirilməsinə, “Azəri-Çıraq-Günəşli” yatağının tam miqyasda işlənilməsi proqramına başlanmışdır. Söhbət “Azəri” yatağının mərkəzi hissəsinin işlənilməsindən gedir. “Faza-1” layihəsi 2005-ci ilin birinci rübündə ilk neft hasilatını təmin edəcəkdir. “Çıraq-1” və “Mərkəzi Azəri” platformalarında gündəlik hasilat, bütövlükdə 250 min barrelə, 2008-ci ildə isə təkcə bu iki platformada 500 min barrelə çatacaqdır. “Faza-2” layihəsi “Azəri” yatağının şərq və qərb hissələrinin işlənilməsinə yönəldilmişdir ki, bu da “Faza-1” ilə birlikdə həmin müqavilə sahəsinin tam işlənilməsini başa çatdıracaq və bütün bunlar neft hasilatını artırıb ildə 40 milyon tona çatdırmağa imkan verəcəkdir. Bu göstərici “Faza-3” layihəsi həyata keçirildikdən sonra daha 10 milyon ton artacaqdır. Onun gerçəkləşdirilməsinə 2008-ci ildə başlamaq nəzərdə tutulmuşdur. İ.Əliyevin kitabında qaz sektorunun da geniş inkişaf perspektivləri nəzərdən keçirilir. Bu perspektivlər Azərbaycanın yaxın gələcəkdə mavi yanacağın sabit ixracçısı olmasına imkan verəcəkdir. Burada Xəzərin Azərbaycan şelfindəki nadir qazkondensat yatağı olan “Şahdəniz” müəyyənləşdirici rol oynayır. Hesablamalara görə, çıxarılması mümkün olan qaz ehtiyatları trilyon kubmetrdən artıqdır. “Şahdəniz”də üç kəşfiyyat quyusu qazılmışdır və onların tədqiqi göstərmişdir ki, son 20 ildə dünyanın heç bir yerində belə zəngin qaz yatağı tapılmamışdır. 2003-cü ilin fevralında Azərbaycan hökuməti və bu yatağın işlənilməsində iştirak edən xarici şirkətlər onun işlənilməsinin birinci mərhələsinin layihəsinə icazə vermişlər. Bu gün üçün 3,2 milyard dollar dəyərində olan “Mərhələ-1” layihəsi “Şahdəniz”in işlənilməsinə artıq 2006-cı ilin sentyabrında başlamağa imkan verəcəkdir. Bir il sonra isə burada 4 milyard kubmetr qaz çıxarmaq planlaşdırılır. “Mərhələ-1” layihəsi çərçivəsində hasilatın maksimum həcmi 8,8 milyard kubmetr olacaq və hər il bunun 6,6 milyard kubmetri Türkiyəyə, 800 milyon kubmetri isə Gürcüstana göndəriləcəkdir. Məlumdur ki, Xəzər qazının nəqli üçün Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri çəkmək nəzərdə tutulmuşdur. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti İlham Əliyevin Yunanıstan, İtaliya və bir sıra Balkan ölkələrinin qaz ixracında marağı olan şirkətlərinin rəhbərləri və rəsmi şəxsləri ilə apardığı danışıqların nəticələri belə hesab etməyə tam əsas verir ki, Xəzərin mavi yanacağı Cənubi Qafqaz ixrac qaz kəməri ilə Türkiyəyə, oradan isə Avropa ölkələrinə göndəriləcəkdir. Xəzərin enerji ehtiyatlarının işlənilməsində ümdə məsələlərdən biri, əlbəttə, onun statusu məsələsidir. Kitabda buna xüsusi diqqət yetirilmişdir. Prezident Heydər Əliyevin apardığı siyasətin uzaqgörənliyi bundadır ki, o, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ətrafında uzun sürən mübahisələrin nəticələrini gözləməyərək, Xəzərin Azərbaycan sektorundakı yataqların xarici şirkətlərlə birgə işlənilməsi haqqında sənəd imzalamışdır. Rusiya və Azərbaycan rəhbərlərinin siyasi uzaqgörənliyi və xoş məramı olmasaydı, Xəzər dənizinin hüquqi statusu üzrə mövqelərin beş sahilyanı dövlət arasında razılaşdırılması məsələsi intəhasız davam edərdi. Məhz Heydər Əliyevin və Vladimir Putinin şəxsi səyləri və onların aralarında əldə edilmiş qarşılıqlı anlaşma sayəsində bu problemi ilişib qaldığı nöqtədən çıxarmaq mümkün olmuşdur. İki dövlət arasında, habelə Rusiya ilə Qazaxıstan, Azərbaycan ilə Qazaxıstan arasında dəniz sektorları sərhədlərinin müəyyənləşdirilməsi bu taleyüklü məsələnin həllində digər dövlətlərin – Türkmənistan və İranın da mövqelərini dəyişdirmək zərurətini irəli sürmüşdür. Xəzərin statusu ilə bağlı birgə Azərbaycan-Rusiya sənədləri paketinin imzalanması bu nadir sututarın bioloji və enerji ehtiyatlarından daha səmərəli istifadə etməyə, Xəzəryanı dövlətlərin milli sektorlarını ayıran orta xətlərin müəyyənləşdirilməsi, habelə neft və qazın nəqli üçün Xəzəryanı sistemlərin layihələşdirilməsi və tikintisi məsələlərində xoşagəlməz halları, mübahisələri aradan qaldırmağa imkan verəcəkdir. Biz çox böyük məmnunluqla deyirik ki, Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra Rusiyanın Xəzər siyasətində praqmatizm üstünlük təşkil edir. Vladimir Putinin 2001-ci il yanvarın 9-10-da Bakıya səfəri zamanı Azərbaycanla Rusiya arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə qalxmışdır. Səfər zamanı “Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında” Azərbaycan Respubikasının və Rusiya Federasiyasının birgə bəyanatının imzalanması Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm məqam olmuşdur. Tərəflər Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Xəzər dənizində əməkdaşlığına dair məsələləri müzakirə edərək, bu cür əməkdaşlığı mehriban qonşuluq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ruhunda genişləndirməyə çalışaraq, sahilyanı dövlətlərin iqtisadi inkişafı üçün Xəzər dənizinin böyük əhəmiyyətini vurğulayaraq, Xəzər dənizindən ancaq dinc məqsədlərlə istifadə olunması barədə öz mövqelərini təsdiqlədilər. Bu sənəd təsdiq etdi ki, Xəzərin yeni hüquqi statusunun hazırlanması sahilyanı dövlətlərin öz işidir və dənizin statusu yalnız onların ümumi razılığı əsasında hazırlana bilər. Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyaya dair beştərəfli danışıqlar prosesinin fəallaşdırılmasına birgə kömək göstərməyə hazır olduqlarını elan etmişlər. Səfər zamanı prezidentlər qarşılıqlı razılığa doğru mərhələ-mərhələ irəliləməyə tərəfdar olduqlarını bildirərək, hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərini və yaranmış praktikanı nəzərə almaqla, birinci mərhələdə Xəzər dənizinin dibini müvafiq həmsərhəd dövlətlər arasında sektorlara bölməyi təklif etmişlər. Tərəflər razılığa gəlmişlər ki, belə bölgü nəticəsində yaranan sektorda sahilboyu dövlətlərin hər birinin mineral ehtiyatlar və digər təsərrüfat-iqtisadi fəaliyyət barəsində müstəsna hüquqları olacaqdır. Xəzərdə ekoloji vəziyyətin pisləşdiyi nəzərə alınaraq, dənizin ətraf mühitinin mühafizəsi məsələlərinin müzakirəsini sürətləndirmək niyyəti ifadə edilmişdir. Rusiya dənizdəki iqtisadi sərhədlərini müəyyənləşdirərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığını genişləndirərək, Xəzərin özünə aid şelfində mineral ehtiyatların axtarışına və işlənilməsinə fəal surətdə qoşulmuşdur. Söz yox ki, Xəzəryanı dövlətlərin şirkətləri tərəfindən neft-qaz əməliyyatları aparılmasına inteqrasiya mövqeyindən yanaşmaq niyyəti zamanın hökmüdür. Regionda müasir çoğrafi-siyasi vəziyyət, - kitabda onun tədqiqinə xüsusi yer ayrılır, - bir tərəfdən, enerji ehtiyatlarının işlənilməsinə dair müqavilələr əldə edilməsi uğrunda iri şirkətlər arasında, digər tərəfdən isə, neft və qazın bu regiondan dünya bazarlarına nəqli üçün ixrac marşrutlarının qəti olaraq müəyyənləşdirilməsi uğrunda dövlətlər arasında gedən diskussiyalarla səciyyələnir. Xəzər regionunun coğrafi-siyasi mövqeyinin xüsusiyyəti onun Avropadan Asiyaya gedən ənənəvi ticarət yollarının qovuşuğunda yerləşməsindədir, orta əsrlərdə məşhur İpək Yolu məhz buradan keçirdi. Sovet İttifaqının süqutundan sonra Xəzər təkcə beş sahilyanı ölkənin deyil, həm də Qərbi Avropanın bir çox aparıcı dövlətlərinin və ABŞ-ın, habelə Cənubi Qafqaz və Yaxın Şərq dövlətlərinin mənafelərinin kəsişdiyi məkana çevrilmişdir. Xəzər hövzəsində coğrafi-siyasi mənafelər həm zəngin ehtiyatlara görə, həm də Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ayrılan rola görə kəsişir. Əlbəttə ki, bu meyl müəllifin diqqətindən yayınmamışdır. O, böyük dövlətlərin rolunu və niyyətlərini, Xəzərin enerji ehtiyatlarına getdikcə güclənən marağını təfsilatı ilə araşdırır. Çox vacib haldır ki, belə bir şəraitdə Azərbaycan öz Prezidenti Heydər Əliyevin qətiyyəti sayəsində özünün xarici siyasətini elə qura bilmişdir ki, indi o, dünya münasibətərinin müstəqil subyekti və aparıcı ölkələrin bərabərhüquqlu tərəfdaşı kimi çıxış edir. Azərbaycan neftinin dünya bazarlarına çıxması karbohidrogenlərin dünya bazarlarına nəqlinin inkişafında yeni istiqamət meydana gətirmişdir. Yaxşı məlumdur ki, dünyada kifayət qədər məhsuldar yataqlar çoxdur və bunlar yalnız xammalın ixracı ilə əlaqədar qarşıya böyük çətinliklər çıxdığına görə işlənmir. Belə hallarda layihələr, hətta hasilat baxımından səmərəli layihələr, necə deyərlər, yaxşı günlərədək sandığa qoyulur. Avrasiya subkontinentinin lap mərkəzində “qapanmış” regiondan neftin ixracı problemi Xəzəryanı ölkələrin və Xəzərdəki yataqların işlənilməsi ilə məşğul olan beynəlxalq konsorsiumların da qarşısında kəskin şəkildə durur. Xəzər şelfindəki karbohidrogen xammalının strateji ehtiyatları trilyonlarla ABŞ dolları məbləğində dəyərləndirilir. XXI əsrdə bu ehtiyatlar sürətlə inkişaf edən regionların iqtisadiyyatının ehtiyacını ödəyə, onların indiki inhisarçılardan asılılığını zəiflədə, habelə dünya neft bazarında tarazlığı tənzimləyə bilər. Tamamilə təbiidir ki, Xəzəryanı dövlətlərin hər biri neft kəmərlərinin çəkilməsi yollarını müəyyənləşdirərkən, ilk növbədə, öz mənafelərini – həm iqtisadi, həm də siyasi, çoğrafi-strateji mənafelərini əsas tuturlar. Kitabın ixrac neft kəmərləri sistemlərinin seçilməsi və inkişafı problemlərinə həsr edilmiş fəslində bütün bunlar barədə danışılır, o cümlədən Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz ixrac qaz kəməri) və Rusiya ilə Türkiyənin “Mavi axın” kimi yeni ixrac qaz kəmərlərinin yanaşı mövcud olmasının, habelə Transxəzər qaz kəməri tikintisinin mümkünlüyündən söhbət gedir. Azərbaycanda karbohidrogen xammalının nəqli məsələləri ilə hələ yeni neft erasından xeyli əvvəl məşğul olmağa başlayaraq, bu eranın gəlməsinə zaman-zaman hazırlaşmışlar. Təbii ki, işləməyən Tixoretsk-Bakı boru kəmərinin bərpası ilk vaxtlardan optimal görünürdü. Belə ki, nisbətən az xərc (təxminən 60 milyon dollar) çəkib, Qara dənizə çıxmaq şərtilə onu Bakı-Qroznı-Tixoretsk-Novorossiysk istiqamətinə yönəltmək olardı. Bu, müdrik siyasi bir qərar idi, odur ki, 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. Həmin xətt 1997-ci ilin oktyabrında istifadəyə verilmişdir. İxrac boru kəmərlərinin çoxvariantlılığının böyük əhəmiyyəti olduğu nəzərə alınaraq, 1997-ci ilin martında yenə də Qara dənizə çıxmaq şərtilə, neftin Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan ilə Gürcüstan arasında da saziş imzalanmışdır. İki ildən sonra bu boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir. Lakin Azərbaycanda çıxarılan neftin həcminin kəskin surətdə artması (ildə 50 milyon tona qədər) ilə əlaqədar daha güclü boru kəməri yaratmaq lazım idi. Əsas ixrac kəməri kimi Bakı-Tbilisi-Ceyhan marşrutu ideyası beləcə yaranmışdır. Təklif 90-cı illərin ikinci yarısından başlayaraq geniş müzakirə edilmişdir və onu həm Azərbaycan rəhbərliyi, həm də bütün maraqlı tərəflər – konsorsiumun iştirakçıları, habelə ABŞ, Türkiyə, Qazaxıstan və Gürcüstan liderləri dəstəkləmişlər. Bu, 1998-ci il 29 oktyabr tarixli Ankara bəyannaməsində əksini tapmışdır. Məlum olduğu kimi, ötən ilin payızında Bakı yaxınlığında keçirilmiş təntənəli mərasimdə 2,94 milyard dollar dəyərində olan bu misilsiz neft kəmərinin tikintisinin bünövrəsi qoyulmuşdur. Bütün iqtisadi hesablamalar Xəzər neftinin Aralıq dənizi limanlarına çıxışının kommersiya və sabitlik baxımından daha sərfəli olduğunu göstərir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin sərmayəçiləri və sahibləri bu layihəni ən yüksək beynəlxalq standartlar əsasında həyata keçirmək, bütün tikinti işlərində tranzit ölkələrin hökumətləri ilə açıq və şəffaf şəkildə əməkdaşlıq etmək niyyətindədirlər. Biz hər hansı maraqlı ölkə, beynəlxalq struktur və təşkilatla qarşılıqlı razılığa nail olmaq üçün istənilən konstruktiv təklifləri açıq müzakirə etməyə hazırıq. İ.Əliyevin kitabında Xəzər dənizində neft hasilatının intensivləşdirilməsi şəraitində ətraf mühit problemlərinə mühüm yer ayrılmışdır. Müəllif dənizin ekoloji vəziyyətini təhlil edir, ən aktual problemləri üzə çıxarır, əsas diqqəti Azərbaycan sahillərinə yönəldir. Əlbəttə, neftçilərin iş sahəsini labud olaraq genişləndirməsi dənizin bioloji ehtiyatları ilə bağlı məsələni balıq ovunun və neft istehsalının uyğunlaşdırılması probleminə çevirir, ona görə də bu problemi elmi müstəvidən çox, siyasi və iqtisadi müstəvidə nəzərdən keçirmək və həll etmək lazımdır. Siyasi amil, daha çox Xəzər dənizinin statusuna dair danışıqların uğurla aparılmasından asılıdır, problemin iqtisadi tərəfi isə mənafeləri razılaşdırmaq, xarici şirkətlərin və dövlət strukturlarının fəaliyyətini sıx əlaqələndirmək zərurəti ilə birləşəcəkdir. Neftin dünya qiymətinin aşağı düşməsinin sahilyanı dövlətlərin xəzinəsinə neftdən götürülən dollar axınını azaldaraq, neft ixrac edən ölkələrin maliyyə potensialına ziyan vura biləcəyi vəziyyət də dənizin ekologiyası üçün real təhlükə törədir. Onların maliyyə potensialına ziyan dəyməsi isə, öz növbəsində, Xəzərin ətraf mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirləri maliyyələşdirmək imkanına mənfi təsir göstərəcəkdir. İ.Əliyevin “Azərbaycanın Xəzər nefti” fundamental monoqrafiyası forma və məzmunca mükəmməl elmi tədqiqat işidir. Xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malik və dərin elmi yenilik olan işdir. Bu, ilk növbədə, ondan ibarətdir ki, müəllif coğrafi strategiyanın, coğrafi siaysətin və coğrafi iqtisadiyyatın ümdə aspektlərini dərindən sintez və təhlil edərək, Azərbaycanın yeni Neft strategiyasının gerçəkləşdirilməsindən əldə olunmuş nəticələrin tətbiqinin elmi-metodoloji əsasını ilk dəfə olaraq işləyib hazırlamışdır. Müəllifin Xəzərin enerji ehtiyatlarının işlənilməsinin, hasilatının və nəqlinin müxtəlif cəhətləri ilə bağlı təqdim etdiyi zəngin material faydalı olacaq və təkcə Azərbaycan mütəxəssisləri tərəfindən deyil, həm də bütün dünyada geniş oxucu kütləsi tərəfindən diqqətlə öyrəniləcəkdir. Məcid Zahid oğlu Kərimov Azərbaycan Respublikasının yanacaq və energetika naziridir. (“Nezavisimaya qazeta”, 1 iyul 2003-cü il)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib