Azərbaycanın yeniyetmə qılıncoynadanları Ankarada təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanın yeniyetmələrdən ibarət sablya üzrə yığması Ankarada təlim-məşq toplanışında iştirak edir.
AZƏRTAC xəbər verir ki, Əminə Rzaquluzadə, Fidan Quliyeva, Abbas Hüseynov, Murad Muradov, Ayxan Xasıyev və Nurlan Zeynallı “Tohm” Olimpiya təlim-məşq bazasında məşqçilər Elxan Əhmədov və Azər Tağıyevin rəhbərliyi altında hazırlıqlarını davam etdirirlər.
Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 12-15-də İstanbulda keçiriləcək “Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır.