Azərbaycanla Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması müzakirə edilib
İslamabad, Hilal Əhməd, 29 avqust, AZƏRTAC
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İslamabadda bu ölkənin Baş nazirinin Gənclər Proqramının sədri Rəna Məsud Əhməd Xan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki dövlət arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq imkanlarının araşdırılması müzakirə edilib, tərəflər gənclərlə bağlı təşəbbüslər vasitəsilə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Diplomat Azərbaycan ilə Pakistan arasında, xüsusən də gənc nəsillərə birbaşa təsir edən sahələrdə əməkdaşlığın davamlı olmasının zəruriliyini vurğulayıb. “Gənclər bizim ən böyük sərvətimizdir və onların inkişafı ilə biz ölkələrimizin firavan gələcəyini təmin edə bilərik”, - deyə səfir bildirib.
Görüşdə müzakirə edilən əsas mövzulardan biri də həm Pakistandan, həm də Azərbaycandan tələbələr üçün ikili diplom kurslarının yaradılması məsələsi olub.
Söhbət zamanı, həmçinin Pakistanın Milli Könüllülər Korpusu (NVC) ilə Azərbaycanın könüllülər şəbəkəsi arasında potensial əməkdaşlıqdan bəhs olunub.
Rəna Məsud Əhməd Xan Azərbaycanın gənclər, idman və mədəniyyət nazirlərini Pakistana səfərə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:43]
Ermənistanda zəlzələ baş verib, Naxçıvanda hiss olunub
- 11.06.2026 [10:33]
Suraxanıda Qərbi Azərbaycanın tarixi həqiqətlərindən danışılıb
- 11.06.2026 [10:19]
Abuzər Xələfov 95: Qərbi Azərbaycan İcmasında görkəmli alim yad edilib
- 11.06.2026 [08:40]
Paytaxtın bəzi yollarında sıxlıq müşahidə olunur
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]