Azərbaycanlı alim Parisdə çayların çirkləndirilməsi ilə bağlı məruzə ilə çıxış edəcək
Bakı, 23 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev noyabrın 25-də Parisdə keçiriləcək iqlim məsələlərinə həsr edilmiş sammitdə iştirak edəcək.
Fəqan Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, sammitdə ətraf mühit və risklərin öyrənilməsi, su problemi, havanın çirklənməsi kimi müasir dövrün aktual problemləri müzakirə olunacaq.
Azərbaycanda səth sularının, çayların çirkləndirilməsi, qonşu respublikalar tərəfindən atılan kimyəvi və zərərli tullantılarla bağlı məruzə ilə çıxış edəcəyini planlaşdıran F.Əliyev vurğulayıb ki, Ermənistanın Azərbaycanla sərhədində inşa etdiyi mis zavodunun bütün kimyəvi tullantıları Araz çayı vasitəsilə respublikamıza axıdılır. “Biz Azərbaycanın şah damarı olan Kür və Araz çaylarını qorumalıyıq. Suları çirkləndirmək çox böyük fəlakətlərə gətirə bilər”,- deyən F.Əliyev bildirib ki, son illər dövlət səviyyəsində problemin qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlər görülür.
Alimin sözlərinə görə, Paris sammitində iştirak Azərbaycanın problemlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikada görülən işlərlə bağlı məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]