Azərbaycanlı alimlər beynəlxalq konfransın sertifikatına layiq görülüblər
Bakı, 1 dekabr, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində “İnformasiya cəmiyyətində fəlsəfə və mədəniyyət” mövzusunda VIII beynəlxalq onlayn elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, müasir cəmiyyətin fəlsəfi, sosioloji, psixoloji və politoloji aspektlərinin tədqiqi təcrübəsinin öyrənilməsinə həsr olunan konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov “Yaşıl informasiya sistemləri və texnologiyaları davamlı inkişafın mühüm komponenti kimi” mövzusunda məruzə ilə çıxış edib. Konfransda, həmin müəssisənin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Sivilizasiyaların dialoqu və kommunikasiyası müasir fəlsəfi problem kimi” və böyük elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovun “Qloballaşma dövründə davamlı inkişaf və milli sosial-ekoloji siyasət” mövzularında məruzələri dinlənilib.
Yekunda azərbaycanlı alimlərə sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]
Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir
- 01.10.2026 [15:22]