Azərbaycanlı hakim U-17 Avropa çempionatının final mərhələsində oyunları idarə edəcək
Bakı, 10 iyul, AZƏRTAC
Voleybol üzrə beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, ədalət təmsilçimiz Serbiya və Macarıstanda keçiriləcək qızlar arasında U-17 Avropa çempionatının final mərhələsində oyunları idarə edəcək hakimlərdən biri olacaq.
İyulun 11-23-də keçiriləcək qitə birinciliyində 16 komanda mübarizə aparacaq. Birinci qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, ikinci qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində keçiriləcək.
CEV-in təyinatına əsasən, həmyerlimiz Z.Hacıyev ikinci qrupun oyunlarına təyinat alıb. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. Birinci qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland yarışacaq.
Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Çempionun adı isə iyulun 23-də bəlli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]