Azərbaycanlı tələbə Pekində fitnes-model yarışının qalibi olub
Pekin, 9 may, AZƏRTAC
Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov paytaxt universitetləri arasında keçirilmiş fitnes-model yarışının qalibi olub.
Yarışda Pekin universitetlərində təhsil alan 120-dən çox yerli və əcnəbi tələbə bir neçə növdə qalib olmaq üçün mübarizəyə qoşulmuşdu. Həmvətənimiz S.Həsənov fitnes-model növündə ən güclü olmağı bacarıb.
Qeyd edək ki, bu, Sadiqin ilk uğuru deyil. O, ötən ilin dekabrında keçirilmiş analoji yarışda da qalib olmuşdu.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin