Azərbaycanlı uşağın öldürülməsi ilə bağlı Strasburqda etiraz aksiyası keçirilmişdir
Bakı, 16 mart (AZƏRTAC). Martın 16-da Fransadakı Azərbaycan diasporu Strasburqda Avropa Şurasının binası qarşısında 9 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyası keçirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, “Strasburq Azərbaycan Evi” cəmiyyətinin təşkil etdiyi aksiyada “Ermənistan, təcavüzə son!”, “Uşaqların qatillərinə ar olsun!”, “Genosidə son!” kimi şüarlar səsləndirilmişdir.
Əllərində Fariz Bədəlovun şəkli ilə yanaşı erməni faşizminin liderləri Zori Balayan, Robert Koçaryan və Serj Sarkisyanın fotolarını tutan aksiya iştirakçıları “Uşaqların qatillərinə ar olsun!” şüarı səsləndirmişlər.
Nümayişçilər azərbaycanlı uşağın öldürülməsi ilə bağlı hazırladıqları bəyanatı paylamışlar. Bəyanat Fariz Bədəlovun şəkli ilə birlikdə Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğluya, Avropa Şurasının baş katibinə, Avropa Şurasının İnsan Haqları üzrə komissarına, Ailə və uşaqlarla bağlı komissiyaya və Nazirlər Komitəsinin sədrlərinə təqdim edilmişdir.
Bəyanat və Fariz Bədəlovun şəkli Avropa Şurası və Avropa İttifaqının deputatlarının elektron ünvanlarına da göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]