“AZƏRDƏMİRYOLBANK”IN SABİRABADDA YENİ FİLİALI AÇILACAQDIR
“AzərDəmiryolBank” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yaxın günlərdə qurumun Sabirabad şəhərində filialı açılacaqdır.
Filial müştərilərə tam çeşiddə bank xidmətləri göstərəcəkdir.
Cari ilin sonunadək bankın Bərdə və Masallıda daha iki regional filialının açılması planlaşdırılmışdır.
Hazırda “AzərDəmiryolBank”ın 27 filial və şöbəsi fəaliyyət göstərir.