“Azəriqaz”ın baş direktoru Salyan rayonunda vətəndaş qəbulu keçirəcək
Bakı, 11 mart, AZƏRTAC
Martın 13-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda vətəndaş qəbulu keçirəcək.
Birlikdən AZƏRTAC-a bildirilib ki, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb.
Birliyin baş direktoru R.Əliyev Salyan Regional Qaz İstismarı İdarəsinin inzibati binasında, baş direktorun əsaslı tikinti üzrə müavini R.İskəndərov Neftçala və baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov isə İmişli rayonları üzrə qaz xidmət sahələrində qəbul keçirəcəklər. Daha ətraflı məlumatı Salyan Regional Qaz İstismarı İdarəsindən, Neftçala və İmişli rayonlarındakı qaz xidmət sahələrindən əldə etmək mümkündür. Eləcə də, “Azəriqaz” İstehsalat Birliyinin “Facebook” sosial şəbəkəsindəki ünvanına da yazaraq məlumat əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:14]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:10]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [16:04]