“Azərişıq” Rus Borisi kəndinin elektrik şəbəkəsini yenidən qurur
Bakı, 16 oktyabr, AZƏRTAC
“Azərişıq” ASC Goranboy Elektrik Şəbəkəsinin xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə başlayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, ilk dəfə 1949-cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və sair mal-material göndərilib.
Rus Borisi kəndi 2004-cü ildə quraşdırılan 35/10 kilovoltluq Gülüstan yarımstansiyasından qidalanır.