“Azərkosmos” İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində təmsil olunub
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 4-7-də İtaliya Aeronavtika və Astronavtika Assosiasiyasının 27-ci Beynəlxalq Konqresində "Azərkosmos" kimi təmsil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” məlumat yayıb.
Tədbirin açılış günündə ölkəmizdə kosmik sahənin inkişafı, fəaliyyəti və gələcək planları, həmçinin oktyabrın 2-6-da paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında iştirakçılara məlumat verilib.
Eyni zamanda səfər çərçivəsində “Rete Innovativa Regionale Aerospace Innovation and Research - RIR AIR” (Aerokosmik İnnovasiyalar və Tədqiqatlar) qurumunun idarə heyəti ilə görüş keçirilib və kosmik sənaye, həmçinin 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məhsuldar fikir mübadiləsi aparılıb.