“Azərkosmos” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat vəsait ayırıb
Bakı, 24 mart, AZƏRTAC
“Azərkosmos” ASC Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla (COVID-19) Mübarizəyə Dəstək Fonduna yardım təşəbbüsünə qoşulub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azərkosmos” şirkətin Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ayırıb.
“Bununla da, “Azərkosmos” olaraq COVID-19 pandemiyası ilə bağlı ölkəmizdə aparılan preventiv tədbirləri tam dəstəkləyir və bu nəcib aksiyanın bir parçası olmaqdan qürur duyuruq”, - deyə “Azərkosmos”dan bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]