“Azərreyl” klubu “Murov”a, “Abşeron” isə UNEC-ə qalib gəlib
Bakı, 24 yanvar, AZƏRTAC
Qadınlar arasında voleybol üzrə Azərbaycan Yüksək Liqasının ilk dövrəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, üçüncü tur çərçivəsində "Murov" klubu "Azərreyl"lə, UNEC "Abşeron"la üz-üzə gəlib.
Voleybol mərkəzində keçirilən ilk matçda "Azərreyl" rəqibini 3:1 hesabı ilə məğlub edib. Digər qarşılaşmada isə "Abşeron" UNEC komandası üzərində hər 3 setdə qələbə qazanıb.
Beləliklə, turnir cədvəlinə 3 turdan sonra xal itirməyən "Azərreyl" başçılıq edir. Komandanın aktivində 9 xal var. "Murov" 6 xalla ikinci, "Abşeron" 3 xalla üçüncüdür. Hesabında xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.